519804788

2018-ci ilin yanvar ayında Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində növbəti görüş keçiriləcək

Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər keçirilib. Daha ətraflı oxu »

IMG_5125

Amerikadakı Azərbaycanlıların təşkil etdiyi Nə? Harda? Nə zaman? oyunu çox maraqlı alınıb.

Amerikanın Çikaqo şəhərində yaşayan azərbaycanlılar Nə? Harda? Nə zaman? oyunu təşkil edib”. Daha ətraflı oxu »

Untitled-1

“Forbes” juranalına əsasən ilin ən çox qazanan müğənnisi açıqlanıb.

“Forbes” jurnalı 2017-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb. Daha ətraflı oxu »

dcb17bad2f82b2320052ade1243d87c0

Amerikada jurnalistikanın əsasını qoyan və dünyda ilk dəfə jurnalistlərə söz azadlığı tələb edən şəxsiyyət: Uilliam Bradford

Amerikada jurnalistikanın əsasını qoyan və dünyda ilk dəfə jurnalistlərə söz azadlığı tələb edən şəxsiyyət: Uilliam Bradford

20171012_104654

Uilliam Bradford (20 may 1663 – 23 may 1752) Amerikanın ilk İngilis yazıçısı kimi tanınır və 17 ci əsrdə Amerikada  Orta koloniya bölgəsində 140 illik jurnalistlik edəcək ailənin başçısıdır. Daha ətraflı oxu »

abd-de-buyuk-orman-yangini-binlerce-kisi-10313486_58_m

Kalifroniyada meşə yanğınları böyüməkdə davam edir. Minlrələ insan evakuasiya edildi!

Kaliforniyada böyük meşə yanğını Daha ətraflı oxu »

Trump Tel-Əvivdəki ABŞ səfirliyinin Qüdsə keçməsiylə bağlı qərarını çərşənbə günü açıqlayacaq.

38953058_303

 

Ağ evin spikeri Sarah Sanders, ABŞ prezidenti Donald Trumpın, Tel-əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsiylə bağlı qərarını çərşənbə günü (bugün) elan edəcəyini bildirib.

Günlərdir davam edən və Türkiyənin də böyük etirazına səbəb olan Qüds məsələsində Trumpdan yeni məlumat gəldi Daha ətraflı oxu »

unnamed-2 (1)

Konqoda qatar qəzaya uğrayıb, 33 nəfər ölüb

Konqo Demokratik Respublikasında sərnişin qatarı qəzaya uğrayıb.

 

“Gazeta.ru”-ya istinadən verilən  xəbərə görə, 13 vaqonluq qatarın 11 vaqonu relsdən çıxaraq yanıb.

 

Lubudi şəhərində baş verən Qəza nəticəsində azı 33 nəfər ölüb, 30 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu da ehtimal edilir.

 

Hadisənin səbəbləri araşdırılır.

nazvaniya-1 (1)

Qazaxda iki nəfər dəm qazından zəhərlənib

Qazaxda dəm qazından zəhərlənmə olub.

 

Qazax şəhər sakini 2005-ci il təvəllüdlü Həsənova Nurlana Ruslan qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti normal olduğundan evə buraxılıb.

 

Rayonun Canallı kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədova Söylü Alişan qızı da dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

lenkeran_238747676

Lənkəranda zəlzələ baş verib

Lənkəranda 4 maqnituda gücündə zəlzələ baş verib.

Yerli sakinlər dağıntıların olacağından ehtiytalanaraq evlərini tərk ediblər.
Şahidlərin sözlərinə görə, yeraltı təkanlar təqribən 1 dəqiqəyə yaxın davam edib.
Yeraltı təkanlar Yevlax rayonunda da hiss olunub.

qoroskop_045 (3)

Günün qoroskopu: maliyyə baxımından uğurlu gündür

Qoç - həll etməli olduğunuz məsələlər sizə maraqlı gəlir və böyük entuziazmla işə girişirsiniz. Vaxtınızı boşa vermir və buna görə də çox şeyə nail olursunuz. Yaradıcı münasibət, qeyri-standart yanaşma tələb edən yeni layihələrə başlamaq olar.
Bu gün başqalarının indiyədək bilmədikləri xüsusiyyətləriniz üzə çıxacaq. Çoxlarını təəccübləndirəcəksiniz. İctimai və siyasi işlərə marağınız artır, müvafiq tədbirlərdə iştirak edə bilərsiniz. Enerjiniz çoxdur, yorğunluq hiss etməyəcəksiniz.

Buğa - məhsuldar və maraqlı gündür. İşləriniz çox olmasa da, yorulmaq bilmirsiniz, planlaşdırdığınız hər işi görüb qurtara bilərsiniz. Yeni ideyalarınızı reallaşdırmağı bir qədər sonraya saxlayın, daha yaxşı məqamı gözləyin. Tezliklə çox nüfuzlu bir adam sizə öz dəstəyini təklif edəcək.  
Başqalarının işlərinə qarışmaq həvəsiniz güclüdür. Nəzakət qaydalarını aşmayın, sizin üçün çox dəyərli bir insanın qəlbini qıra bilərsiniz. Pul ala bilərsiniz, elə də böyük məbləğdə olmasa da, əlinizdən tutacaq.

Əkizlər - yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Xərçəng - layihələrinizin uğurlu olacağına şübhə etməyin – bu gün uğur sizindir. Şərait ən pis məcrada dəyişsə də, hətta tərəfdaşlarınız da sizə dəstək verməkdən imtina etsələr də, öz istədiyinizə çatacaqsınız.
Güzəştə getməyə hazırlığınız sayəsində yaxınlarınızla yaxşı münasibətləri qoruyub saxlaya, boş şeylər üstündə mübahisələrdən qaça biləcəksiniz. Günorta özünüz üçün vaxt ayırın, müsbət emosiyalar almağa çalışın. Axşam başağrısı və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Spirtli içkilərdən uzaq durun.

Şir - sakit və mehriban ünsiyyət günüdür. Sərt məsələləri, fikir ayrılıqları yarada biləcək mövzuları müzakirə etməməyə çalışın. Bu gün öhdənizə sülhyaratma missiyası düşür, başqalarının həyatını asan və xoş etməlisiniz.
İşdə ciddi nailiyyət əldə etməyiniz şübhə doğurur, ancaq buna rəğmən tezliklə sizə karyera pillələlərilə qalxmağa kömək edəcək bir insanın dəstəyini qazanacaqsınız. Yaxınlarınızla dil tapmaq asandır. Sevgiliniz də bu gün sözünüzü dinləyir. Axşamı evdə keçirməməyə çalışın.

Qız - qətiyyətli və məqsədyönlüsünüz. Bu yaxşıdır. Çünki qarşınıza qoyduğunuz məqsədlərə çatmaq elə də asan deyil. Kimsə sizin mənəvi tarazlığınızı pozmaq, adamların içində əsib-coşmağınız üçün əlindən gələni edəcək. Heç olmasa, üzdən özünüzü sakit göstərməyə çalışın, əks halda nüfuzunuz yerlə bir olacaq.
Qadınlarla dil tapmaq bu gün daha asandır, nəinki kişilərlə. Ancaq bəzən xanımlar da sizinlə xoş olmayan zarafat etməyə çalışırlar. Belə bir şəraitdə yaxın adamınızın dəstəyi lap yerinə düşər.

Tərəzi - əlinizi atdığınız hər bir işdə uğur qazanırsınız. Məsələləri düzgün qoymaq bacarığı çox faydalı olacaq – bunları yerinə yetirmək istəyənlər özlərini çox gözlətmirlər. Yeni tanışlarınızda yaxşı təəssürat oyadırsınız, amma çalışın ki, bunu qoruyub saxlaya biləsiniz. Ağlınıza maraqlı ideyalar, yeni uzunmüddətli planlar gəlir.

Maliyyə işlərində səliqəli olmağınız şərtdir. Ödənilməmiş hesab, borcunuz varsa, dərhal ödəməyə tələsin. İşdə yeni vəzifələriniz peyda ola bilər, ofisdə istədiyinizdən artıq vaxt keçirməli olacaqsınız.

Əqrəb - kölgədə qalmağa can atmayın: bu gün nə qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır (özü də tək sizin üçün deyil). Nüfuzlu şəxslərlə danışıqlar aparmaq, investor və ya hami axtarmaq olar. Yeni başlanan işgüzar əlaqələr, sizin istəyiniz olarsa, dostluğa, yaxud sevgiyə çevrilə bilər.  
Pul ala bilərsiniz, bu, mükafat, yaxud həvəsləndirmə ola bilər. Pulları sərf etməyə tələsməyin: tezliklə vacib bir layihəni gerçəkləşdirmək üçün pula ehtiyacınız olacaq.

Oxatan - yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.

Oğlaq - bu gün öz işlərinizi bir kənara qoyub, başqalarının maraqlarını müdafiə edəcək, ətrafınızdakıları sevindirəcəksiniz. Kimsə sizin xeyirxahlığınızdan sui-istifadə etməyə çalışmayacaq, odur ki, insanlara yardım etmək həvəsinizi boğmayın. Peşəkar əlaqələrinizi möhkəmlətmək zamanıdır. Çoxdankı iş ortaqlarınızla görüşə bilərsiniz, güman ki, onlar sizə maraqlı təkliflər edəcəklər.  
Bu gün bilik ehtiyatlarınızı genişləndirin, elmi ədəbiyyat oxuyun. Bir qədər yüngül əyləncələrə də baş vurmaq olar, dostlarınızın əhatəsində gözəl vaxt keçirə bilərsiniz.

Dolça -  qeyri-dəqiqliklər, qarışıqlıq sizi özünüzdən çıxarır, bütün suallarınıza cavab tapmaq istəyirsiniz. Bu gün bu mümkündür, ancaq diqqətli olun: aldığınız məlumat hərəkət planı üçün əsas ola bilməz. Hər şeyi götür-qoy etmədən heç bir addım atmayın.
Həm fiziki, həm də zehni güc tələb edən işləriniz çox olacaq. Yaxşı formadasınız, ancaq ehtiyat barədə unutmayın. Axşam mütləq sakit istirahət üçün vaxt tapın: kitab oxuyun, klassik musiqi dinləyin.
 
Balıqlar - işgüzar ünsiyyət, vacib məsələlərin müzakirəsi üçün əlverişli gündür. Mürəkkəb danışıqlarda özünüzü əsl diplomat kimi hiss edəcəksiniz: aqressivlik, sərtlik göstərmədən istəyinizə çata bilərsiniz.
Maliyyə baxımından uğurlu gündür, sövdələr uğurlu olacaq, yatırımlar gəlir gətirəcək. Sevgidə bəxtiniz elə də gətirmir, sevgililər arasında xırda incikliklər yarana bilər. Bu gün başlanan romantik münasibətlər ciddi olmayacaq.

1510500206_untitled-1

Bu “WhatsApp” proqramını təcili silin

Bütün dünya üzrə milyondan çox istifadəçi yeniləmə zamanı Vatsapın saxta versiyasını yükləyiblər. Saxta proqram insanları reklamla bezdirməyə başlayıb.
“Google Play” əlavələr mağazasına dələduzlar tərəfindən “Update WhatsApp Messenger” adlı proqram qoyulub. Orijinaldan ustalıqla fərqi yalnız ondan ibarət olub ki, boşluqdakı (probel) simvolu başqa UNİKOD ilə hazırlanıb. Federal xəbərlər agentliyi bildirir ki, bunu sezməyən “Google” robotu əlavəni qeydə alıb və milyondan çox insan onu öz telefonlarına yükləyib.
Bildirilir ki, virus proqramı yalnız reklam bannerlərini yayıb və istifadəçilərə ciddi zərər vurmayıb. Hazırda saxta messencer “Google Play”dən silinib.(Publika.az)

 

1510489312_hintli-gencin-midesinde-1-kilo-agirliginda-tahta-10232310_1084_o

16 yaşlı oğlanın mədəsindən çıxanlar həkimləri şoka saldı (FOTOLAR)

Hindistanda taxta və plastik əşyalar çeynəmək vərdişi olan 16 yaşlı gəncin mədəsindən 1 kq ağırlığında taxta və plastik parçaları tapılıb.
 
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Arcun Şah adlı gənc qarın ağrısına görə xəstəxanaya gedib. 2 dəfə əməliyyat edilən gəncin mədəsindən əvvəlcə 1 kq, daha sonra isə 300 qr taxta və plastik çıxarılıb. 
 
Qeyd edək ki, Arcun Şahın mədəsində hələ də 700 qr kənar maddələr var və onlardan xilas olması üçün daha 3 dəfə əməliyyat edilməlidir.
 
1510500129_t

İnternet ticarətində yeni rekord: 25 milyard dollar

Çinin “Alibaba” şirkətinin noyabrın 11-də “Tənhalar günü”ndə internet ticarətində 25,3 milyard ABŞ dolları məbləğində yeni rekord qeydə alınıb. Ötən il bu rəqəm 18 milyard dollar olub.
Azərtac xəbər verir ki, sutka ərzində Çin vətəndaşları, habelə 201 ölkədəki istifadəçilər “Tənhalar günü” ilə əlaqədar endirim kampaniyasından yararlanıblar. Bu dəfə 140 minə yaxın şirkət və mağaza “Alibaba”nın internet mağazalarından satışa 15 milyon çeşiddə məhsul çıxarıb.
Çinin ticarət şəbəkələri hər il noyabrın 11-də “Tənhalar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir.
1510499373567535472_1000x669

Gürcüstanda 5 nazirlik ləğv ediləcək

Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq.

Azərtac xəbər verir ki, hazırda fəaliyyət göstərən 18 nazirlikdən 5-i ləğv olunacaq.

Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək.

Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.

Mətbuatın yazdığına görə, İqtisadiyyat ilə Energetika nazirlikləri birləşdirildikdən sonra bu quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi gözlənilir. Daxili işlər naziri Qeorqi Mqebrişvili və elm və təhsil naziri Aleksandr Cecelava vəzifələrindən kənarlaşdırılacaqlar. Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə daxili işlər naziri təyin olunacaq.

Mədəniyyət ilə İdman nazirlikləri birləşdikdən sonra bu quruma kimin nazir təyin olunacağı hələlik məlum deyil.

Maliyyə naziri vəzifəsinə “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadzenin və ya D.Musişvilinin hazırki müavini Qeorqi Tabuaşvilinin təyin ediləcəyi gözlənilir.

Hökumətdəki kadr dəyişiklikləri barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

 

 

5a081b475586a

“Şiəliyin yayılması təhlükədir” – Binəli Yıldırımdan qalmaqallı açıqlama

Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ-ın CNN kanalında GPS verilişinə qonaq olub.

Devrinnebzi.com TRT-yə istinadən xəbər verir ki, B.Yıldırım Suriya və İraqdakı vətəndaş müharibəsi, regional problemlər, İranla əlaqələr və DAEŞ-lə mübarizə ilə bağlı sualları cavablandırıb.

Baş nazir deyib ki, 500 ildir İran və Türkiyə arasında heç bir müharibə baş verməyib və Türkiyənin regional məsələlərə dair mövqeyi birmənalıdır:

“Biz hər hansı bir məzhəbin yayılmağa çalışılmasının sabitlik, təhlükəsizlik və regional sülh üçün yaxşı olmadığını bilirik. Bu səbəbdən şiə məzhəbinin regiona yayılması region üçün böyük təhlükədir. Dini müharibə başlasa, bunun nə qədər davam edəcəyini heç kim bilməz. Buna görə də qonşumuz İrana dostcasına bunu çatdırırıq və xəbərdarlıq edirik”.

 

 

qeza-yol-nishani-2jpg-14-35-10

Əsgər görüşünə gedən ailə qəzaya düşdü – 1 ölü, 3 yaralı+ Yenilənib

Bu gün Beyləqan rayonu ərazisində “QAZ” markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
 
Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar.

Ərazidəki ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Daha ətraflı oxu »

1490862564-3458

Zorla ərə verilən qız özünü binadan atdı – Bakıda intihar

Paytaxtın Nizami rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gənc qız Qara Qarayev prospekti məhəllə 2517/2518 ünvanında yerləşən 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.

Təxminən 22 yaşlarında olan qız hadisə yerində vəfat edib. Şahidlərin bildirdiyinə görə, gənc qız qeyd edilən binada yaşamır. Onun Şamaxı rayon sakini olduğu bildirilir.

Məlumata görə, qız zorla ərə verildiyi üçün evdən qaçıb və həmin binaya gələrək özünü balkondan aşağı atıb.

Hazırda hadisə yerinə Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

 

 

hava

Sabah hava küləkli olacaq, yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Noyabrın 13-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

 

 

1510481850_1710459_940x531

Hərbi helikopter qəzaya uğradı: 7 ölü

İraq Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, İraq ordusundan verilən məlumatda qəzanın Bağdadın 180 km cənubunda Şorca bölgəsində hərbi təlim zamanı baş verdiyi bildirilir. Nəticədə 5 əsgər və 2 pilot dünyasını dəyişib.

Qəzaya səbəbin texniki nasazlıq olduğu qeyd edilib.

1494760306-3907

Şəkidə nəvə nənəsini öldürdü

Şəkidə 79 yaşlı nənə nəvəsi tərəfindən qətlə yetirilib.

APA-nın məlumatına görə, hadisə noyabrın 11-i axşam saatlarında Şəki şəhəri, Giləkli küçəsi 23 ünvanında baş verib.

1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqova qız nəvəsi tərəfində qətlə yetirilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 

 

1490862564-3458

“JEK”də işləyən qadının başını kəsdilər – Meyitini əri tapdı

Sumqayıtda 58 yaşlı qadın qətlə yetirilib. Hadisə ötən axşam şəhərin birləşmiş məhəllə ərazisində baş verib.

“Xeberle.com”un məlumatına görə, mənzilə daxil olan şəxs və ya şəxslər əvvəlcə kəsici-deşici alətlərlə Nuridə Həsənovanın bədəninin müxtəlif nahiyyələrinə zərbələr endiriblər. Daha sonra isə başını kəsiblər.

Qadının meyitini həyat yoldaşı aşkar edib. Qətli törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, qətlə yetirilən Nuridə Həsənovanın Sumqayıtda Mənzil İstismar Sahəsində (“JEK”) çalışdığı bildirilir.

horoscope_4785665

Günün qoroskopu: yaxşılığa doğru qlobal dəyişikliklərdən danışmaq hələ tezdir

Qoç - O qədər də yaxşı gün deyil. Səhər ətrafınızdakılarla qovğa edəcək, mübahisələri ürəyinizə salacaqsınız. Bir çox Qoçlar bu gün yaman küsəyəndirlər. Yaxınları isə bunun fərqinə varanda artıq iş-işdən keçmiş olacaq. Sevgililər arasında mübahisələr çox xırda məsələlər üstündə yaranır.
Bürcün bir çox nümayəndələri bu gün yaxşıca qazana, maliyyə vəziyyətlərini qaydaya sala bilərlər. Digərləri isə uğurlu alış-veriş edəcək, sərfəli sövdələşmələr bağlayacaqlar.

Buğa - Bu gün dünənkindən yaxşıdır, amma o qədər də parlaq deyil. Emosional fon gərgindir, əhvalınız dəqiqəbədəqiqə dəyişir, heç özünüz də bilmirsiniz, nəyə sevinir, nəyə kədərlənirsiniz. Günorta ünsiyyət üçün ən çətin vaxtdır, özünüzdən baş açmadığınız üçün də ətrafınızdakılarla mübahisələr edirsiniz.
Axşam isə vəziyyət kökündən dəyişir. Bu vaxt gələcək üçün planlar qura, gününüzün yekunlarını analiz edə bilərsiniz. Həm özünüzün, həm ətrafınızdakıların hərəkətlərini düzgün qiymətləndirir, nə onların günahını öz üzərinizə götürür, nə də məsuliyyəti başqalarının üstünə atırsınız.

Əkizlər - Gələcək planlarınızı bir daha gözdən keçirmək üçün əla gündür. Çox güman ki, nələrisə dəyişmək qənaətinə gələcəksiniz. İşgüzar danışıqlar əla keçir, xüsusilə qadınlarla: onları sözsüz də başa düşür və özünüzün haqlı olduğunuza bir-iki dəqiqənin içində inandırırsınız.
Emosional fon xoşdur. Əgər hansısa çətinlik yaranırsa, təmkininizi pozmursunuz. Sakitliyiniz səbəbindən şəraitdən ən düzgün çıxış yolunu tapırsınız. Sizin üçün bir təhlükə var: tələsik qərar verir, faktlardan çox, hamının qəbul etdiyi yanlışlıqlara əsaslanırsınız.

Xərçəng - Bu gün sizə böyük müvəffəqiyyətlər vəd edir. Mürəkkəb məsələləri çox qısa bir zamanda həll edə bilərsiniz. Çoxdan üzərində düşündüyünüz plan və ideyalarınızı reallaşdırmağa başlaya bilərsiniz. Bunun üçün əla şərait yaranıb. Nüfuzlu şəxslərlə  ünsiyyət qurmaq olar.
Şəxsi cəbhədə də işlər pis deyil. Yaxşılığa doğru qlobal dəyişikliklərdən danışmaq hələ tezdir. Amma siz düzgün istiqamətdə irəliləyir və yaxşı başa düşürsünüz ki, seçdiyiniz yoldan sizi kimsə çəkindirə bilməz. Daha ətraflı oxu »

1508632758_1510421030

Tanınmış teleaparıcı intihar edib – Yenilənib

Rusiyada tanınmış teleaparıcı Boris Notkinin cəsədi tapılıb.

Rusiya KİV-ləri xəbər verir ki, Notkinin meyiti yaşadığı evdə aşkar edilib. Onun başından aldığı güllə yarasından öldüyü məlum olub.

Son məlumatlara görə, teleaparıcı intihar edib. Onun cəsədinin yanında intiharda istifadə etdiyi silah tapılaraq, maddi sübut kimi götürülüb.

Aparıcının intihardan öncə məktub yazdığı bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Daha ətraflı oxu »

mela

Birinci xanım Çin Səddində – Foto

ABŞ prezidenti Donald Trampla xanımı Melaniya Trampın 11 günlük Asiya turu başa çatıb.

Devrinnebzi.com “Axşam.az”a istinadən xəbər verir ki, amerikalı birinci xanım səfərin son günü çərçivəsində Böyük Çin Səddini gəzib. Gəzinti üçün süd rəngli ətək, qara kofta və uzun qara palto seçimi edən Melaniyanın zərif obrazı göz oxşayıb.

Melaniyanın bej rəngli ayaqqabıları “Christian Louboutin”dən olub. Birinci xanım eyni zamanda Pekin zooparkına da baş çəkib və orada Qu Qu adlı panda ilə tanış olub. Daha ətraflı oxu »

07a2760268684303ca014dc38fcf2ba7

Bakı-Qazax magistralında yanacaqdaşıyan avtomobildə yanğın olub

Bakı-Qazax magistral yolunda yanacaqdaşıyan avtomobildə yanğın olub.   Hadisə yolun rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, hərəkətdə olan ağır tonnajlı yanacaqdaşıyan avtomobildə yaranan yanğını söndürmək üçün əraziyə Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanacaq daşıyan yük avtomobilinin şini alışmağa başlayıb. Tez bir zamanda alov söndürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

rts1gaeb-pic685-685x390-27573

Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirməyə hazır olduğunu Rusiyaya bildirmişdi

Oktyabrda Rusiyada səfərdə olmuş Şimali Koreyanın nümayəndə heyətinin prezident Vladimir Putinə təqdim etdiyi məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu bildirilib.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə adı açıqlanmayan mənbə bildirib.

 

Valentina Matviyenko (Rusiya Federasiya Şurasının spikeri-red.) vasitəsi ilə Vladimir Putinə çatdırılan məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu qeyd olunub. Amerika tərəfi həmin məktub barədə məlumatlandırıldıqdan sonra Vaşinqtonun KXDR-ə dair mövqeyi dəyişdi”, – deyə mənbə bildirib.

1709415_940x531

Səudiyyə Yəməni bombaladı – Ölən və yaralananlar var

Səudiyyə Ərəsbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərinə raket zərbələri endirib.

Hücum zamanı şəxsi evlərə də raket düşüb.

Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, 2015-ci ilin martından etibarən S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəməni bombalayır. Hücumlar nəticəsində 10 mindən çox yəmənli ölüb.

 

 

big_1493657210_1493656861_sfsf

“Oğlum özünü asmayıb, öldürülüb”

Mingəçevir şəhər sakini, Şuşa şəhərindən məcburi köçkün, milliyyətcə ukraynalı Olqa Rzayeva oğlunun intihar etmədiyini, öldürüldüyündən şübhələndiyini bildirib.

“Qafqazinfo”ya müraciət edən O.Rzayeva qeyd edib ki, 1975-ci il təvəllüdlü oğlu, Rzayev Zahir Aydın oğlu 10 il 6 ay məhkumluq həyatı sürdükdən sonra 2016-cı il iyulun 18-də azadlığa buraxılıb və ailəsinin yanına qayıdaraq birgə yaşamağa başlayıb:

“Zahir həbsxanada olanda onun həyat yoldaşı Pərvanə ilə həyat tərzinə görə heç bir münasibətimiz olmayıb. Həbsdən sonra da Pərvanə ona “Ya ata-anan, ya da biz” deyə şərt qoydu, Zahir də bizimlə əlaqəni kəsdi.

2017-ci il martın 17-də Zahir öz mənzilində naməlum şəkildə dünyasını dəyişib. Pərvanənin dediyinə görə səhər yuxudan duranda Zahiri mətbəxdə qaz borusundan əlləri arxadan skotçla, ayaqları bir yerdə bağlı vəziyyətdə asılı görüb. O 19 yaşlı qızı Çinarəni çağırıb cəsədi yerə endirib, əllərini və ayaqlarını azad etdikdən sonra köməyə adam çağırıblar”. Daha ətraflı oxu »

1494061806_1486112951_dtxemeliyyat3

DTX-dan narkotacirlərə qarşı əməliyyat – Girov qoyulan qadın azad edildi

Azərbaycan vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat daxil olub.

DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək, çəkisi külli miqdar təşkil edən 3 kiloqram 12,23 qram heroin və külli miqdarda metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanıb.

Babək Eyvazov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilib.

Minayə Eyvazova Babək Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılıb.

Hazırda araşdırmalar davam edir.

1510295756_putin-sefer

Putin Vyetnama getdi

Rusiya Prezidenti Vladimir Putin Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Vyetnamın Dananq şəhərinə gedib.

Bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb. Putin Vyetnamda bir sıra ikitərəfli görüşlər keçirəcək. Onun ABŞ Prezidenti Donald Trampla da görüşü gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi Tramp-Putin görüşünün bu gün keçiriləcəyini təsdiqləsə də, ABŞ Dövlət katibi Tillerson görüş haqqında qərarın hələlik qəbul olunmadığını bildirmişdi.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev