Ərbil yaxınlığında döyüş – İraq ordusu qəsəbəni azad etdi

son-dakika-turkmen-kasabasi-altunkopru-de-catisma-kerkuk-te-firtina-dinmiyor-10090239

Kərkükdə nəzarəti ələ alan İraq ordusu Ərbilə doğru irəliləyir.

Devrinnebzi.com xarici KİV-ə istinadən xəbər verir ki, Kərkük və Ərbil arasındakı türkmən qəsəbəsi Altunkörpüdə tərəflər arasında qızğın döyüş gedib.

Məlumata görə, atışma nəticəsində İraq ordusu qəsəbəni peşmərgədən azad edib. Kürd qüvvələri böyük itki verərək geri çəkilmək məcburiyyətində qalıb.

Peşmərgələr İraq ordusunun irəliləməsinin qarşısını almaq üçün uzaq mənzilli ağır silahlarla Küçükzap çayı üzərindəki körpünü dağıdıblar. Bundan başqa, İraq ordusunun bir neçə tankı sıradan çıxarılıb.

Bu arada, İraqın baş naziri Heydər əl-Abadi orduya Ərbil sərhəddini keçməmək barədə göstəriş verib.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev