Əsgər görüşünə gedən ailə qəzaya düşdü – 1 ölü, 3 yaralı+ Yenilənib

qeza-yol-nishani-2jpg-14-35-10

Bu gün Beyləqan rayonu ərazisində “QAZ” markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
 
Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar.

Ərazidəki ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

APA xəbər verir ki, Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var.

Hadisə rayonun Binnətli kəndində baş verib.

Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb.

Qəza nəticəsində avtomobilin sərnişini, Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və  sərnişinlər- Ağstafa rayon sakinləri- 1958-ci il təvəllüdlü Hacıyeva Südabə Kakoy qızı və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev