​Hərbçilər prezidentə 5 gün vaxt verdi – ÖLÜMLƏ HƏDƏLƏMƏ

1507238062

Ukrayna Ali Radası qarşısında keçirilən xalq məclisi iştirakçıları yeni tələblər irəli sürüb.
Muxalifet.az Rusiya KİV-ə istinadən xəbər verir ki, onlar Prezident Petro Poroşenkodan 5 iş günü ərzində parlamentə impiçment haqqında qanun layihəsi göndərməyi tələb ediblər.
“Cənab prezident, bu qanun layihəsi konkret olaraq, sizə aid deyil. Bu, Ukrayna xalqına aiddir. Əgər tələbimiz yerinə yetirilməsə, biz nəyə qadir olduğumuzu göstərəcəyik. Bizi buna məcbur etməyin. Çauşeskunun aqibətini xatırlayın”, – aksiyada çıxış edən “Donbas” taborunun Katana ləqəbli döyüşçüsü deyib.
Aksiya iştirakçıları prezidentdən antikorrupsiya məhkəməsi haqqında qanun layihəsini Ali Radaya göndərməyi də tələb edib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev