Almaniya prezidenti bu gün Moskvaya səfər edəcək

1482423801

Almaniya prezidenti Frank Valter Ştaynmayer bu gün Moskvaya işgüzar səfər edəcək.   “RİA Novosti”yə istinadən verilən xəbərə görə, səfər çərçivəsində F.V.Ştaynmayerin rusiyalı həmkarı Vladimir Putinlə görüşüi, “Memorial” hüquq müdafiə təşkilatına baş çəkməsi nəzərdə tutulub. Bundan başqa, onun SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovla görüşəcəyi, müqəddəs Pyotr və Pavel kilsəsinə baş çəkəcəyi gözlənilir.

 

Qeyd edək ki, F.V.Ştaynmayer son 7 ildə Moskvaya edəcək ilk Almaniya prezidentidir. Onun sələfi Yoahim Qauk bir dəfə də Rusiyaya səfər etməyib. Almaniya prezidentlərindən sonuncu dəfə Moskvaya Kristian Vulf 2010-cu ildə səfər edib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev