Almaniyada qadın siyasətçi boğazı kəsilərək öldürülüb – Xəyanət üstündə

cropped_content_fdpli-cornelia-jehle-bogazi-vahsice-kesilerek-olduruldu_e9r3GNuVTcF0U5Q

Almaniyada Azad Demokratik Partiyasının (FDP) üzvü olan siyasətçi Korneliya Yehle avtomobilində ölü halda tapılıb.

Devrinnebzi.com xarici KİV-ə istinadən xəbər verir ki, avtomobildə Yehledən başqa, əri və sevgilisinin də cəsədi olub.

Qadın siyasətçinin həyat yoldaşı Markes Yehlenin onu və 26 yaşlı sevgilisi Yannik adlı gənci öldürdükdən sonra intihar etdiyi bildirilir.

Cinayət yerində iki bıçaq və odlu silah tapılıb.

Yehle cütlüyünün bir müddətdir boşanma ərəfəsində olduğu, Markusun Korneliyaya yaxınlaşmaması barədə məhkəmə tərəfindən qərar çıxarıldığı da açıqlanıb. Cütlüyün 2 övladı var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev