“Azərbaycan nümunədir” – Bəhreynli nazir

1745

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında səfərdədir

 

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə ilə görüş keçirilib.
Görüş zamanı, xanım nazir Azərbaycanla Bəhreyn arasında mədəni əlaqələrinin olduqca yüksək olduğunu bildirib, bundan sonra bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Həmçinin, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə Bakıya etdiyi çoxsaylı səfərlərinin onda paytaxt və insanlar haqqında xoş təəssürat yaratdığını, tarix-mədəniyyət abidələrinin qorunması, tolerantlıq və multikulturalizm sahəsində Azərbaycanın nümunə olduğunu vurğulayıb.
Ə.Qarayev də öz növbəsində məmnunluğunu ifadə etmişdir. İran Körfəzi ölklərinin turizm sənayesi nümayəndələri üçün keçirilən Azərbaycanın turizm imkanlarının təqdimatı haqqında bəhs edən nazir bildirib ki, ölkəmiz Bəhreynlə həm mədəni, həm də turizm əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.
Görüş zamanı, son iki ildə Bəhreyndən Azərbaycana gələn turistlərin sayının sürətlə artmasından və qarşılıqlı turist mübadiləsi prosesinin həyata keçirilməsinin vacibliyi söyləyiblər.
Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev