Azərbaycanda 3 məmur işdən çıxarıldı – Yeni təyinatlar

1510382304_untitled-1
Ağcabədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
Report-un xəbərinə görə, RİH başçısının müavini – Sosial – iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hafiz Nadir oğlu Mehdiyev, icra başçısının köməkçisi Xaliq Mirzəyev və Böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Axundov vəzifələrindən azad edilib.
Rayon İcra Hakimiyyətinin başcısı Şahin Məmmədovun müafviq əmri ilə icra başcısının köməkçisi vəzifəsinə Nicat Axundov, RİH başçısının müavini – Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə Xaliq Mirzəyev təyin edilib.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri olan Hafiz Mehdiyev öz ərizəsi ilə işdən ayrılıb.
Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev