Azərbaycanda 32 nəfər valideynlik hüququndan məhrum edilib

huq3

Bu ilin 6 ayı ərzində Azərbaycanda I instansiya məhkəməsində Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 66 mülki işə baxılıb

Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 32-nin iddiası təmin edilib.

Həmçinin, I instansiya məhkəməsində valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 46 mülki işə baxılıb. Onlardan isə 41-nin iddiası təmin edilib.
Qeyd edək ki, ötən il Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 123, valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı isə 86 mülki işə baxılıb.
Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev