Azərbaycanda ali məktəblərə qəbul qaydaları açıqlandı

tqdk

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 1-ci sayında 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını dərc edib.Trend TQDK-nın saytına istinadən bildirir ki, jurnalda 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanı proqramları, hərbi liseylərə qəbul imtahanı proqramları, ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri, fənlər üzrə açıq tipli test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və s. təqdim edilib.
Qəbul proqramları ümumtəhsil məktəblərinin tədris proqramları və müvafiq dərslikləri əsasında hazırlanıb.
2013-cü ildə olduğu kimi bu il də bütün ixtisas qruplarında iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq: I ixtisas qrupunda – riyaziyyat və fizika; II ixtisas qrupunda – riyaziyyat və coğrafiya; III ixtisas qrupunda – riyaziyyat və tarix; IV ixtisas qrupunda – riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından da istifadə ediləcək. Açıq tipli test tapşırıqları biliklərin daha dərin səviyyələrinin üzə çıxarılmasına, bilikləri praktikada tətbiqetmə və yaradıcı düşünmə qabiliyyətlərinin qiymətləndirilməsinə, mənimsənilən ilkin kompetensiyaların – səriştəlilik keyfiyyətlərinin yoxlanılmasına yönəlir.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev