Baba Rzayevin oğlunun toyu neçə milyona başa gəlib?

1462693041_1 (1)

«Azərişıq» ASC-nin rəhbəri «Santral Elektrik LTD» şirkətinin səhmlərini övladına hədiyyə edib

O, sahibkarı amansızlıqla döyən əməkdaşlarını nədən cəzalandırmır? «Azərişıq» ASC-nin rəhbəri Baba Rzayev və yaxınlarının cah-cəlal içində yaşadığı, müxtəlif yollarla külli miqdarda sərvətə sahibləndiyi, büdcə vəsaitlərini təyinatdankənar istiqamətlərə yönəltmələri artıq çoxlarına bəllidir. Mövzu ilə bağlı əldə edilən bilgilərə görə, o, hələ «Bakıelektrikşəbəkə» ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışdığı dönəmlərdə mövqelərini möhkəmləndirməyə, nüfuzlu şəxslərdən birinin himayəsinə girməyə, eyni zamanda sahib olduğu «Santral Elektrik LTD»nin gəlirlərini bir xeyli artırmağa müvəffəq olub. Ümumiyyətlə, son zamanlar Baba Rzayevin heç kimlə hesablaşmaq niyyətində olmadığını, bəzi məmurlarla arasında gərginliyin hökm sürdüyünü iddia edən mənbənin paylaşdığı informasiyada bildirilir ki, «Azərişıq» ASC-nin sədri bu yaxınlarda, daha dəqiq desək, aprel ayının 16-da övladına dəbdəbəli toy şənliyi keçirib: «Deyilənlərə görə, Baba Rzayevin övladının toy mərasimi məşhur «Buta Palace»da təşkil olunub. Bildirilir ki, «Azərişıq» ASC-nin rəhbərinin oğlunun şad günündə ölkənin tanınmış şəxsləri, bəzi dövlət rəsmiləri, məmurlar, həmçinin Baba Rzayevin himayədarları da iqtiroak edib. Qeyd olunur ki, həmin toy ASC sədrinə nə az, nə çox düz 1 milyon manatdan yuxarı oturub.

Teref.info Gundelik-Baku.com-a istinadən xəbər verir ki, sarayın bəzədilməsi üçün Hollandiyadan dizaynerlər və bahalı güllər gətizdirilib. Bundan başqa, Baba Rzayevin oğlunun bəy kostyumu İtaliyanın məşhur modelyerlərindən biri tərəfindən hazırlanıb. Hələ bu da hamısı deyil. Deyilənlərə görə, Baba Rzayev toyda gəlinə dünyanın ən tanınmış briliant firmalarından birinin istehsalı olan və dəyəri təxminən, 300 min avro olan üzük bağışlayıb». Məlumatlı şəxsin sözlərinə görə, «Azərişıq» ASC-nin rəhbərinin qudası sadə vətəndaşlardan deyil: «Deyilənlərə görə, Baba Rzayevin qudası da yetərincə imkanlı şəxslərdən biridir. Belə ki, gəlinin atasının öz kürəkəninə toyla əlaqədar olaraq təqdim etdiyi bahalı hədiyyə belə deməyə imkan verir. Onu da nəzərinizə çatdırım ki, uzun müddətdir ki, fəaliyyət göstərən və artıq inhisarçıya çevrilmiş «Santral Elektrik LTD» şirkətinə nəzarəti bundan sonra Baba Rzayevin oğlu həyata keçirəcək. Bildirilir ki, baş tutmuş toy mərasimindən sonra «Azərişıq» ASC-nin sədri və onun həyat yoldaşı Nərminə Həsənova özlərinə məxsus olan «Santral Elektrik LTD»nin səhmlərini övladlarına hədiyyə ediblər».

Bu arada, Baba Rzayevin ona həvalə olunan vəzifənin öhdəsindən layiqincə gəlmədiyini, göstərilən etimadı doğrultmadığını, rəhbərlik etdiyi qurumun yerli şöbələrində neqativ halların yaşanmasına şərait yaratdığını vurğulayan mənbənin bildirdiyinə görə, təxminən, iki ay bundan öncə «Azərişıq» ASC-nin Cəlilabad rayon şöbəsində yaşanan olayı buna misal olaraq göstərmək olar. Belə ki, bu ilin mart ayının əvvəllərində ASC-nin Cəlilabad rayon şöbəsinin əməkdaşlarının rayon sakini Mirismayıl Zeynalovu amansızlıqla döyüklərini deyən məlumatlı şəxs qeyd edir ki, bu barədə kütləvi informasiya vasitələrini zərərçəkənin qardaşı, sahibkar Mircəfər Zeynalov bilgiləndirib. Onun sözlərinə görə, Baba Rzayevin rəhbərlik etdiyi qurumun Cəlilabad rayon şöbəsinin əməkdaşları fevralın 29-da sahibkarın çörəkbişirmə sexinə gələrək, orada Mirismayıl Zeynalovu döyüb və daha sonra isə həmin sexə verilən elektrik enerjisini dayandırıblar: «29.02.2016-cı il 00:40 radələrində «Cəlilabad» EŞ-nin rəhbərliyi və digər işçiləri 5 avtomobil və bu avtomobildəki 9 şəxs mənə məxsus olan «Çörəkbişirmə» sexinə gələrək sayğaca baxış keçirmək istəyiblər. Qardaşım Zeynalov Mirismayıl baxış üçün şərait yaradıb ki, bu şəxslər öz vəzifələrini icra etsinlər. Lakin göstərilən hörmətə rəğmən, «Cəlilabad» EŞ-ə rəhbərliyi və işçiləri qardaşıma qarşı zor tətbiq edərək, onu yerə yıxıb 9 nəfər təpik və yumruqla vəhşicəsinə döyüblər. Qol güclərini düşmən üzərində deyil zəif və müdafiəsiz bir insan üzərində yoxlayıblar. Onların orada olması və bu hadisəni törətmələrinə dair əlimizdə əsaslı sübutlarımız var». Məsələnin maraqlı tərəfi ondadır ki, bu olaydan sonra Baba Rzayev «Azərişıq» ASC-nin Cəlilabad rayon şöbəsində baş verənləri araşdırmayıb, vəzifə səlahiyyətlərini aşan, sahibkarlara əlavə problemlər yaradan şəxslər barəsində lazımı ölçü götürməyib. Bu, yəni Baba Rzayevin sahibkarı döyən əməkdaşlarını cəzalandırmaması və ya cəzalandıra bilməməsi bir daha onu deməyə əsas verir ki, ASC sədri hələ də ona göstərilən etimadı doğrultmayıb… Mövzu ilə əlaqədar qarşı tərəfin də iövqeyini işıqlandırmağa hazırıq.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev