Bakıda torpaq bahalaşıb

baki_38457676

Bakıda torpaq bazarında qiymətlər artıb.

Artıma ucuz torpaqların bazardan çıxması səbəb olub. Belə ki, yay aylarında ucuz torpaqlar satıldığından, bazarda yalnız bahalı torpaqlar qalıb. Bu amil də qiymət artımına səbəb olub ki, bu da sentyabr ayı üzrə ortalama olaraq 1,61 faiz qeydə alınıb.
Zonalar üzrə torpaq bazarındakı qiymətlərə nəzər yetirdikdə isə məlum olur ki, şəhərin mərkəzi hissələrində qiymətlər 1 sota görə 150-250 min manat arasında dəyişir.
Ən çox artım Şəhidlər Xiyabanı və Mətbuat prospekti ətrafında, həmçinin Qaradağ, Xəzər və Sabunçu rayonlarinda müşahidə olunub. Burada bahalaşma ortalama olaraq 7,6 faiz qeydə alınıb. Bahalaşan torpaqların qiymətləri isə ərazidən asılı olaraq 4100 – 107 min manat arasında dəyişir.
Torpaq bazarında ən çox azalma müşahidə olunan bölgələr isə Binəqədi, Əmircan və Bülbülə qəsəbələri ilə Yasamal rayonunun bir hissəsidir. Burada qiymətlər 7-32 min manat arasında dəyişir. Ucuzlaşma nisbəti isə 8,7 faiz qeydə alınıb.
Ekspertlər hesab edirlər ki, payız-qış aylarında qiymətlərdə bahalaşma müşahidə olunmayacaq. Yəni qiymətlər ya stabil qalacaq, ya da az da olsa azalacaq. Bu da həmin aylarda tikinti işlərinin azalması ilə əlaqədardır.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev