Cənubi Koreyanın sabiq müdafiə naziri həbs olunub

51031-src

Cənubi Koreyanın sabiq müdafiə naziri Kim Qvan Çjin məhkəmənin qərarı ilə həbs olunub.

 

“Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, Kim Qvan Çjin keçmiş prezident Li Mön Bakın dövründə vəzifəsindən sui-istifadədə və ictimai rəyi manipulyasiya etməkdə günahlandırılıb. Məlumata əsasən, sabiq nazirlə yanaşı onun keçmiş müavini də həbs edilib.

 

68 yaşlı Kim Qvan Çjin 2010-2014-cü illərdə Cənubi Koreyanın müdafiə naziri olub. Li Mön Bak isə 2008-2013-cü illərdə Cənubi Koreyaya başçılıq edib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev