Con Kennediyə sui-qəsdlə bağlı məxvi sənədlər açıqlanacaq

kennedi

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlinin istintaqı barədə sənədlər çap oluna bilər.

 

ABŞ prezidenti Donald Tramp bu barədə özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

ABŞ prezidenti Donald Tramp şənbə günü elan edib ki, C. Kennedi ilə bağlı daha çox məlumatın əksini tapdığı məxfi sənədlərin ictimaiyyətə açılması göstərişi verəcək.

 

Sabiq prezidentin ölümü ilə bağlı məxfi sənədlərin sonuncu qisminin ictimaiyyətə təqdim edilməsi müddəti oktyabrın 26-sı müəyyən edilmişdi.

 

Qanuna əsasən sui-qəsdlə bağlı sənədlər növbəti 25 il ərzində ictimailəşdirilməli idi və sənədlərin açıqlana biləcəyi tarix bu il oktyabrın 26-a təsadüf edir. Lakin qanunda prezidentin bu məlumatların ölkənin xarici əlaqələrinə, hərbi əməliyyatlarına, kəşfiyyatına və hüquq-mühafizəsinə xələl gətirəcəyini hesab etdiyi halda, sənədlərin ictimailəşdirilməsini təxirə sala biləcəyi qeyd olunub.

 

Kennedinin ölümünü araşdıran alimlərin əksər hissəsi hesab edir ki, ictimailəşdirilən sənədlər sui-qəsddə şübhəli sayılan Li Harvi Osvaldın sui-qəsddən bir neçə həftə öncə Mexiko şəhərinə səfəri, Sovet və Kuba səfirlikləri ilə görüşünə aydınlıq gətirəcək. Osvald müstəntiqlərə bildirib ki, onun səfirliklərə görüşünün səbəbi Sovet İttifaqına və Kubaya səfər etmək üçün viza əldə etmək olub.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev