Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı – Foto

omllo

Ukraynada Azərbaycan diasporasının bir qrup üzvü paytaxt Kiyevdə keçirilən etiraz mitinqinə qatılıb.

Mitinqdən çəkilən fotoları Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov özünün feysbuk hesabında paylaşıb. Minlərlə paytaxt sakini ilə birgə Ali Radanın qarşısına toplaşan diaspora üzvləri “Birlikdə qələbəyə” şüarı ilə mitinqə və bu mitinqin təşkilatçılarından olan “Yeni güclərin hərəkatı” partiyasının lideri Mixail Saakaşviliyə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, etirazçılar deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, həmçinin anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev