Ebru Gündeşin adı rüşvət qalmaqalında

image(984)
16.02.2014
Müğənni Ebru Gündeş ilə qardaşının polisə verdiyi ifadənin arxasından “fırıldaqçılıq istintaqı” çıxıb. Məlumata görə, Gündeşin qardaşı Rza Zərrabdan prokurora verək deyərək 200 min dollar aldığı ortaya çıxıb. Müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab 17 dekabr 2013 təşkil edilən əməliyyat çərçivəsində saxlanılıb və həbs olunaraq Metris həbsxanasına gondərilib. Gündeş isə böyük qardaşı Çingiz Kumartaşlıoğlu ilə birlikdə 31 dekabr 2013-cü il tarixində İstanbul Maliyyə Suçlarla Mübarizə Şöbə Müdirliyində 2 saatlıq ifadə verib. İfadə əməliyyatının korrupsiya istintaqı daxilində reallaşdırılıb. Ancaq Gündeşin o gecə Maliyyə Suçlarla Mübarizə Şöbə Müdirliyində verdiyi 13 səhifəlik ifadə istintaqın əslində “xüsusiyyətli fırıldaqçılıq ” iddiasına bağlı olduğunu gözlər önünə sərib. Məlumata görə istintaqa səbəb olan hadisə Zərrab, Gündeş və Kumartaşlıoğlu arasındakı telefon danışıqları olub. Polis təqibinə ilişən üçlükdən Gündeş və qardaşı Zərrabba zəng edərək bir məsələ ilə bağlı prokurora verilməsi üçün 200 min dollar pul istəyiblər. Zarrab da pulu verməyi qəbul edib. Ebru Gündeş Zərraba öz katibəsinin hesab nömrəsini verərək pulun o hesaba köçürülməsini istəyib. Gündeş böyük qardaşı Kumartaşlıoğluna da Zərraba pulun bu əməliyyatlar üçün ödəndiyini söyləməsini istəyibBu iddialar yeni il gecəsi Maliyyə Şöbə polisləri tərəfindən Gündeşəi soruşulub. Aylıq gəlirinin 50 min lirə olduğunu söyləyən Gündeşiddiaların əsassız olduğunu deyib:

“Mən iddia müddətinin sürətlənməsi adına heç kimdən pul tələb etmədim, belə bir mövzuya da vasitəçilik etmədim. Böyük qardaşım bu pulu özü üçün almış ola bilər”. Ancaq daha sonra Gündeşə yoldaşı, qardaşı və katibəsi ilə telefon danışıqları göstərildikdə bu dəfə telefon danışıqlarını qəbul edib:

” B.A. adlı prokuror bu məlumatları verməsi qarşılığında pul almadı. Cengiz adlı böyük qardaşım pula ehtiyacı olması və mənim də əlimdə istənilən miqdarda nağd pul olmamasından, həmçinin yoldaşımdan böyük qardaşım üçün pul almaq istəmədiyimdən böyük qardaşım bu şəkildə yoldaşımdan pul almasına göz yumdu. Alınan pulun böyük qardaşım tərəfindən harada istifadə edildiyini bilmirəm”.
Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev