Ermənistan ordusunun daha bir hərbçisi öldü

ermeni-oldu_1508751361

Ermənistanın Vayots Dzor vilayətinədə ağır yol qəzası baş verib.

Devrinnebzi.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 08:50 radələrində 19 yaşlı Qevorq Xanamiryan idarə etdiyi UAZ markalı 34 UN 427 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.

Yolun hərəkət hissəsindən çıxan avtomobil 25 metr hündürlükdə dərəyə yuvarlanıb. Sürücü Xanamiryan və İrəvan sakini 21 yaşlı sərnişin Tiqran Sarkisyan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb mərkəzinə yerləşdiriliblər. Əməliyyata alınan Xanamiryanın həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, UAZ markalı avtomobilin sürücüsü Qevorq Xanamiryan müddətli hərbi qulluqçu olub. Sarkisyan isə İrəvan dövlət universitetinin tələbəsidir.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev