Fikrət Hüseynli haqda həbs qərarı verildi

18557288_10203785385670899_3105758461949691831_n

Ukraynada saxlanılan azərbaycanlı jurnalist Fikrət Hüseynli barədə qərar verilib.

Məlumata görə, Borispol Məhkəməsinin qərarı ilə F.Hüseynli 18 gün müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistin hüquqlarını Ukrayna Helsinki İnsan Haqları Birliyindən vəkil Dmitry Mazurok müdafiə edir. Vəkil qərarla razılaşmadıqları üçün apellyasiya şikayəti veriləcəyini bildirib.

F.Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması barədə məlumatlar də apellyasiya məhkəməsi zamanı təqdim ediləcək.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev