İki erməni əsgər xidmət yoldaşları tərəfindən öldürülüb

jj

İşğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrində daha iki əsgərin xidmət yoldaşları tərəfindən öldürülməsi faktı gizlədilib.

Azərtac xəbər verir ki, hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının qarşı tərəfin atəşi nəticəsində döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun sözlərindən məlum olub ki, hər iki hərbçi bronejiletdə olublar.

Lakin baxış zamanı ölənlərin hər ikisinin bronejiletlərinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin qarşı tərəfdən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir. Qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, artıq 2 nəfərin həbs edildiyi də məlumdur. Hər iki insidentlə bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində rəsmi açıqlamalara görə, Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölən və 88 nəfər yaralanan var. Lakin müstəqil mənbələr bu rəqəmlərin 2-3 dəfə çox olduğunu bildirirlər.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev