İnternet ticarətində yeni rekord: 25 milyard dollar

1510500129_t
Çinin “Alibaba” şirkətinin noyabrın 11-də “Tənhalar günü”ndə internet ticarətində 25,3 milyard ABŞ dolları məbləğində yeni rekord qeydə alınıb. Ötən il bu rəqəm 18 milyard dollar olub.
Azərtac xəbər verir ki, sutka ərzində Çin vətəndaşları, habelə 201 ölkədəki istifadəçilər “Tənhalar günü” ilə əlaqədar endirim kampaniyasından yararlanıblar. Bu dəfə 140 minə yaxın şirkət və mağaza “Alibaba”nın internet mağazalarından satışa 15 milyon çeşiddə məhsul çıxarıb.
Çinin ticarət şəbəkələri hər il noyabrın 11-də “Tənhalar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir.
Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev