İrəvan qorxu içində: Lukaşenko KTMT-ni dağıdır

publika.az1460747098publika.az1392796931unnamed

Belarus tərəfindən qəbul edilmiş hərbi doktrina Ermənistanda narahatlığa səbəb olub.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan söyləyib. Onun sözlərinə görə, Belarusun yeni hərbi doktrinası təkcə Ermənistan yox, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün problemdir.

 

Qeyd edək ki, Belarusun bir müddət öncə qəbul etdiyi yeni hərbi doktrinaya əsasən, Belarus ordusuna öz sərhədlərindən kənarda hərbi əməliyyat aparması qadağan edilir. Bununla da rəsmi Minsk de-fakto KTMT çərçivəsində Ermənistanın və digər müttəfiq dövlətlərin müdafiəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikdən imtina etmiş olur.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev