İş yerində damarlarını doğrayıb… – 56 yaşlı müəllimənin intiharının təfərrüatı

21787

Bu gün intihar edən müəllimənin özünü qəsdinin təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Enlaytment” tədris mərkəzinin rəhbəri olan İradə Əliyevə ofisdə özünü öldürüb.

O, mərkəzin ofisinin sanitar qovşağında lezva ilə sağ qolunu dirsək nahiyəsinin iç hissəsindən kəsərək damarlarını doğrayıb.

56 yaşlı İ.Əliyeva qan itirmədən dünyasını dəyişib.

Qeyd edək ki, ilkin məlumatda onun özünü asaraq intihar etdiyi bildirilirdi.

İradə Əliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi işləyib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev