Kataloniyanın muxtariyyəti ləğv edildi – Növbədənkənar parlament seçkiləri keçiriləcək

karles

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılmasına dair qərar verib.

“Ria Novosti”nin verdiyi məlumata görə, rəsmi Madrid Kataloniyanın özünüidarə hüququnu məhdudlaşdıran Konstitusiyanın 155-ci maddəsini işə salıb. Bu barədə baş nazir Mariano Rahoy Nazirlər Kabinetinin təcili yığıncağının nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.

“Hğkumət 155-ci maddəyə müraciət etmək məcburiyyətində qaldı. Bu, nəinki indi, heç vaxt bizim arzumuz, niyyətimiz olmayıb”, – deyə Rahoy söyləyib.

Onun sözlərinə görə, Kataloniyada növbədənkənar parlament seçkiləri keçiriləcək:

“Bu idarəetməni qanun, Konstitusiyanın çərçivəsindən çıxmaqla əldə etmək istəyən insanlar hökumətdən kənarlaşdırılır. Biz normal vəziyyətə qayıdana qədər, böyük ehtimalla 6 aya qədər seçkiləri keçirəcəyik”.

Xatırladaq ki, Kataloniyada referndum seçkiləri oktyabrın 1-də keçirilib. İspaniya hökuməti və Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini qeyri-qanuni hesab edir.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev