Kirkorovun konsertini partlatmaq istəyən – İŞİD-çilər saxlanılıb

f

Rusiyanın Federal Təhlükəsizlik Xidməti pop-ulduz Filip Kirkorovun konsertində partlayış törətməyi planlaşdıran İŞİD terrorçularını saxlayıb.

Devrinnebzi.com Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan 4 nəfər Dağıstan vətəndaşlarıdır. Onların üzərlərində üç bomba olub. 

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, əsas hədəf Filipp Kirkorovun iyunun 6-da keçirilən konserti olub. Lakin plan baş tutmayıb. Belə ki, görülən təhlükəsizlik tədbirlərindən qorxan terorçular daha əsaslı şəkildə hazırlaşmaq qərarına gəliblər. 

Qeyd edək ki, bu, İŞİD-in pop-musiqiyə qarşı ilk neqativ reaksiyası deyil. Ötən ilin fevralında onlar Mosulda bir gənci bu tip musiqiyə qulaq asdığı üçün edam etmişdilər. 

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev