Kiyevdə aksiyaçılarla polis arasında toqquşma olub

ukrayna-aksiya

Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada polis və aksiya iştirakçıları arasında toqquşma  olub.

 

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur.

 

M. Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına yaxınlaşan aksiyaçıların qarşısını almağa çalışıb və toqquşma baş verib. Aksiya təşkilatçıları mitinq iştirakçılarına qarşıdurmanı dayandırmağa çağırıb. Bundan sonra toqquşma dayanıb.

 

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev