Kiyevdə prezident administrasiyası binasının qarşısında piket keçirilir

1507191595

Ukrayna Ali Radasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları  prezident administrasiyasıbinasının qarşısında piket keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçıları təmsil edən bir neçə nümayəndə prezident administrasiyasına yollanaraq Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında bir qrup deputatın hazırladığı qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək niyyətindədir. Onlar, qanunvericiliyə uyğun olaraq, prezidentin adından qeyd olunan qanun layihəsini Radaya təqdim etməsini tələb edəcəklər.

 

Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Etirazçılarla polis arasında qarşıdurmanın olmadığı bildirir.  

 

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən “Sağ sektor”, “Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında bir neçə gündür aksiya keçirir.

 

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda ölkədə antikorrupsiya məhkəmələri yaratmağı tələb edirlər.

 

Qeyd edək ki, Ali Rada bu gün etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Radanın gündəliyinə daxil edilməyib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev