Kreditə görə həbs olunan zamin sərbəst buraxıldı

Ata-bank

Bu gün Bakı Apellyasiya Məhkəməsində “AtaBank”dan kredit götürən şəxsə zamin duran Lalə Bunyatovanın həbs edilməsi barədə Sabunçu rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Məlumata görə, bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. O bildirib ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə L.Bünyatova barəsindəki qərar ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İş yenidən baxılması üçün Sabunçu rayon Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, “AtaBank”dan götürülən kreditə zamin duran Lalə Bunyatovanı 10 gün müddətinə inzibati qaydada həbs edib. Buna səbəb isə onun zamin durduğu şəxsin banka 8701 manat borcu qalmasıdır. Bank kredit borcu olan şəxsin özünü tapa bilməyib.

L.Bunyatova “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşıdır.

Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev