“Krım Ukrayna ərazisidir” – Kseniya Sobçak

707196

“Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm”.

“Ria Novosti”nin verdiyi məlumata görə, bu barədə Rusiyada 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini deyən teleaparıcı Kseniya Sobçak bildirib.

“Biz öz sözümüzü pozmuşuq. 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozmuşuq. Söz verdik, lakin bu sözə əməl etmədik.  Bundan sonra biz müzakirə etməliyik. Bu, böyük problemdir”, – deyə K. Sobçak mətbuat konfransında vurğulayıb.

O, Ukrayna ilə münasibətlərin Rusiya üçün çox vacib olduğunu, münasibətləri normallaşdırmalı olduqlarını söyləyib: “Ukrayna sözsüz ki, Rusiyanın çox vacib tərəfdaşıdır. Normal, yaxşı münasibətləri bərpa etmək, yəqin ki, Rusiyanın qarşısında duran ən başlıca vəzifədir. Bu, hər şeydən öndədir”.

Krımdan Sobçakın bəyanatına münasibət gecikməyib. Respublikanın baş naziri Dmitriy Polonski teleaparıcını vaxtını “ucuz populizm”ə sərf etməməyə çağırıb.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev