Lənkəranskiyə görə dava salana güzəşt edilmədi

1493632432-4987

Mərhum avtoritet Rövşən Lənkəranskiyə aid sifariş verdiyi mahnı səsləndirilmədiyi üçün gecə klubunda adam öldürən Vüsal İbrahimov apellyasiya məhkəməsi başa çatıb.

Məlumata görə,  hakim İlqar Murquzovun icraatında olan prosesdə hökm qüvvədə saxlanılıb və V.İbrahimova güzəşt edilməyib.

Hadisə Nizami rayonu, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayaraq öldürüb.Qətl hadisəsi “oğru” Rövşən Lənkəranskinin barəsində mahnı sifariş verilməsinə görə olub. Nurlanın bu istəyinə barmenin “icazə yoxdur” deyə cavab verməsi mübahisəyə səbəb olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev