“Lotu Quli” azadlığa buraxılıb

1499768806-quli

 

Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa buraxılıb.

 

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda “Lotu Quli” ləqəbi ilə tanınan N. Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.

 

N. Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.

 

Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. N. Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

 

Onun vəkilləri, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

 

“Lotu Quli”nin azadlığa buraxılması barədə ilk olaraq “musavat.com” saytı məlumat yayıb.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev