Marneulidə güllələnən 4 şəxsdən birinin vəziyyəti ağırdır

f2

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində gecə saatlarında güllələnən şəxslərdən birinin vəziyyəti ağırdır.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, həmin şəxsin reanimobillə Tbilisi xəstəxanalarından birinə çatdırılacağı gözlənilir.

 

Hazırda Marneuli xəstəxanasının qarşısında çoxlu insan toplaşıb.

Gürcüstanda naməlum şəxslər odlu silahdan atəş açaraq hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizəd Ceyhun Çovdarovu yaralayıblar, faktla bağlı cinayət işi başlayıb.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında silahlı hücuma məruz qalmış C.Çovdarov və onu müşayiət edən üç nəfər yerli xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunublar. Onlardan ikisinin yüngül yara aldığı bildirilir.

 

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə ilə bağlı Marneuliyə səfər edib. O, Qızılhacılı kəndində hadisə yerinə baş çəkib. Nazir hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edəcək.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev