Müsavatın mitinqinə icazə verilmədi

1498720309-4132

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə icazə verməyib.

Bu barədə partiya üzvləri sosial şəbəkədə məlumat paylaşıb. BŞİH  partiyaya “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib.

Qurum qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

Qeyd edək ki,  Partiya 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək aşağıdakı marşrutlardan birində kütləvi tədbirin keçiriləcəyini bildirib:

1) Bakı şəhəri, Binəqədi rayonunun ərazisindəki metronun “Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə, metronun “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər hərəkət etməklə və meydanda yürüşün qətnaməsinin oxunması;

2) Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan (keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydan) başlayaraq, Hüseyn Cavid prospektindən keçməklə, Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər hərəkət etməklə və meydanda Qətnamənin oxunması.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev