Obamanın sevgi məktubları üzə çıxdı (FOTOLAR)

MTU5ZTk5OWZjN2Q1ZTA_1

ABŞ-ın sabiq prezidenti Barak Obamanın universitet illərində sevgilisinə yazdığı məktublar üzə çıxıb.

Devrinnebzi.com xarici mediaya istinadən xəbər verir ki, 1980-ci illərdə Aleksandra Makniəyə yazılmış 30 səhifəlik 9 məktub 2014-cü ildən bəri Atlantada yerləşən Emori Universitetinin arxivlərində saxlanılır. Məzmunu ictimaiyyətə yeni təqdim edilən məktublar 1982-1984-cü illərdə Kolumbiya Universitetindən məzum olandan dərhal sonra yazılıb. Obamanın Makniəyə yazdığı məktubunda bu cümlələr yer alıb: 

“Səni tez-tez düşünürəm, hisslərimlə bağlı bəzi məsələlərdə əmin olmasam da. Görünür sahib olmayacağımız şeyi həmişə istəyəcəyik, bizi bağlayan və bizi ayıran da budur.”

1982-ci il sentyabr: “Yalnızlıq hisslərimin öhdəsindən gəlməyim üçün tək yoldur, bütün adətləri, mərtəbələri aradan qaldırmaq, mənimkiləri onlarınkı, onlarınkını mənimki etməkdir. Tək başına olanda bunları qəbul etmək mümkün deyil.”

1983-cü il iyun, İndoneziya: “Bu dildə hələ də normal danışa bilmirəm. Təəccüb, fərqlilik və istehza ilə qarşılaşıram, çünki amerikalyam. Pul və təyyarə biletimin məni Amerikaya aparması qaranlığıma qalib gəlir, köhnə və palçıqlı yollar məni sınıq-sökük evlərə, köhnə yollarıma aparır.”

1983-cü il noyabr, Nyu York: “İctimai təşkilatlarda maaşlar həyatda qala bilmək üçün çox aşağıdır, bu səbəbdən bir il daha bilinən işlərdə çalışmaq və pul yığmaq istəyirəm.”

1984-cü il aprel, Nyu York: “Fikirlərim məktəb dövründəki kimi deyil, lakin daha az müşahidəçi və daha çox iştirakçı olmaqla faydalı nələrsə etmək olar.”

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev