Prezident tıxacların aradan qaldırılması ilə bağlı göstəriş verib

14653733421519231754_1000x669_1510332221

“Dövlət başçısının tıxacların aradan qaldırılması ilə bağlı xüsusi göstərişləri var. Planda Babək prospektinin genişləndirilməsi də nəzərdə tutulub”.

Bu sözləri “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, yolun genişləndirilməsi “Ramstore” qovşağından Yeni Günəşliqəsəbəsinə qədər olan hissə üçün planlaşdırılır:

“Eyni zamanda Heydər Əliyev prospektindən, yəni “İnter” stadionunun yanından Babək prospektinə 4 hərəkət zolaqlı yol olan çıxış verməliyik. Bütün bu işlər 2018-ci ilin Bakı şəhər planında yer alıb. Bundan başqa, Nobel prospektini də yenidən təmir etmək niyyətindəyik”.

ASC sədri vurğulayıb ki, Azərbaycanda ödənişli yollardan istifadəyə keçmək prezidentin birbaşa göstərişidir: “Tövsiyəyə uyğun olaraq ilkin mərhələdə iki magistral yolun ödənişli olması təklifini vermişik. Qiymətlərlə bağlı Nazirlər Kabinetinə təkliflər verilib və Tarif Şurasının onu təsdiq etməsi gözlənilir. Beynəlxalq yolların təcrübəsindəki tariflər nəzərə alınıb”.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev