Qaçan avtoritetlərin tutulması üçün 2 şəhərdə xüsusi postlar quruldu

1508864847_market-696x493
Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusun tutulması istiqamətində işlər davam etdirilir.
 
Polis orqanları kriminal aləmə yaxın olan Şirvan sakini Əli Ağami ilə Hacıqabul rayon sakini, “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması üçün səfərbər olub. Dünən hər iki şəhərdə polis postları qurulub. Əməliyyat-axtarış tədbirləri gücləndirilmiş rejimdə həyata keçirilir.
 
Hacıqabul rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, lazım olan bütün tədbirlər həyata keçirilir.
 
Qeyd edək ki, hər iki şəxsin yaxınları qeyd edilən şəhərlərdə yaşayır.(bizimyol.info)
Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev