Qazaxda iki nəfər dəm qazından zəhərlənib

nazvaniya-1 (1)

Qazaxda dəm qazından zəhərlənmə olub.

 

Qazax şəhər sakini 2005-ci il təvəllüdlü Həsənova Nurlana Ruslan qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti normal olduğundan evə buraxılıb.

 

Rayonun Canallı kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədova Söylü Alişan qızı da dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev