Qurban Qurbanov: “Həkimlər heç də xoş sözlər demədi”

MTU5ZTdhNThhYzRhNzQ_1

“İlk xalımızı qazandıq. Bütün futbolçuları təbrik edirəm. Çox əziyyət çəkdilər. Ağır oyun oldu, amma sona qədər mübarizə apardılar”. Bu sözləri “Atletiko” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Atletiko” oyunu 0:0 hesabı ilə başa çatıb. Qurban Qurbanov qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Baş məşqçi qırmızı vərəqə alan Dino Ndlovu ilə söhbət etmədiyini bildirib: “Onunla danışmamışam. Qırmızı vərəqə aldığı epizod sadə epizod idi. Fikrimcə, hakim düzgün qərar qəbul etmədi. Ndlovu çox məyus idi. Hakim ikinci sarı vərəqəni göstərməməli idi”.

Qurbanov Bədavi Hüseynovun zədəsi ilə bağlı da danışıb: “Çempionlar Liqasında gərginlik digər turnirlərdən çox olur. Belə qarşılaşmalardan sonra futbolçularımızda kiçik problemlər yaranır və bərpası üçün vaxt lazım olur. Bu gün Maksim Medvedev və Bədavi Hüseynovda bunu müşahidə etdik. Oyunçularımızın çoxu buna dözdü və bu məni sevindirir. Həkimlər Bədavi Hüseynovla bağlı heç də xoş sözlər demədi. Dizində ağrılar var. Sabah müayinədən keçəcək və vəziyyətinə aydınlıq gətirəcək”.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev