Şəhid Cabbar Zeynalov dəfn olundu – Foto

torpaga-720x506

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Zeynalov Cabbar Firudin oğlu şəhid olub.

“Yenicag.az”ın məlumatına görə, 18 yaşında şəhidlik zirvəsinə çatan Zeynalov bu gün Saatlı rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, deputat Əflatun Amaşov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində anadan olub. O, 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev