Sevgilisini ayağı ilə boğaraq öldürdü – Bakıda

meyit-olujpg-19-37-06

Bakıda qətl törədilib. Devrinnebzi.com APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsində qeydə alınıb.

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Fərhad Cənnət oğlu Şaqaliyev aralarında yaranmış mübahisə zəminində, qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Gülnarə Xanış qızı Sadıqovanı döyüb və sonunda ayağını onun boğazına dirəyərək boğub. Nəticədə qadın boğularaq ölüb.

F. Şaqaliyev saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev