Tiflisdə azərbaycanlı kriminal avtoritet saxlanıldı – Xüsusi əməliyyat+Video

tyty5

Tiflisdə keçirilən xüsusi əməliyyat nəticəsində fırıldaqçılıqda ittiham olunan azərbaycanlı kriminal avtoritet saxlanılıb.

Devrinnebzi.com gürcü KİV-nə istinadən xəbər verir ki, saxlanılan avtoritet Gəncə şəhərindəndir.

DİN əməkdaşları avtoriteti ötən gün yaxalasalar da, hadisə barədə bu gün məlumat yayılıb.

Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü “həmkarı” ilə birgə B.M adlı şəxsi ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. Hüquq-mühafizə orqanları həmin şəxsləri qurbanın tələb olunan pulu verməsindən əvvəl ələ keçirə biliblər.

Belə ki, məkana əvvəlcədən yerləşdirilən video kamera vasitəsilə baş verənlər çəkilib. Videodan da göründüyü kimi, azərbaycanlı Gəncədən olduğunu “Malış krıtnıy” ləqəbi ilə tanındığını, həmçinin “böyük vor ailəsinin oğlu” olduğunu bildirir. 

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev