Tramp “Supermən” kostyumunda – Foto

59edad813a03f

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Cunyor atasının “Supermən” paltarı geyindirilmiş şəklini paylaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun öz İnstaqram hesabından paylaşdığı fotoda atası saqqallı və döş hissəsində T hərfi olan “Supermən” kostyumunda və guya “Time” jurnalının üz qabığında çıxmış kimi göstərilib.

Şəklin üzərində belə yazılıb: “Prezident Tramp Amerikanı yenidən böyüdür”.

Bir çox İnstaqram istifadəçisi fotoşəkillə bağlı şərhlər yazaraq ABŞ prezidentinə saqqalın yaraşdığını və belə bir saqqalı “böyütməyə” dəydiyini qeyd ediblər.

Bəzi istifadəçilər isə şəklin “Supermən” və fanatlarına təhqir olduğunu bildirib.

Xatırladaq ki, D.Tramp keçən il keçirilən prezident seçkiləri kampaniyası zamanı Nyu-Yorkdakı reklam lövhələrindən birində sinəsində S əvəzinə T hərfi olan “Supermen” geyimində təsvir edilmişdi.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev