Türkiyədə “İyi” Partiya quruldu

0002

Türkiyədə yeni partiya qurulur.

Devrinnebzi.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Meral Akşenerin yaradacağı partiyanın adı “İyi parti” olacaq. Məlumata görə, partiyanın şüarı isə “Türkiyə yaxşı olacaq”dır.

Qeyd edilir ki, Meral Akşener artıq partiyanın təsis sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edib.

Yeni partiyada bir neçə millət vəkilinin, keçmiş nazirlərin təmsil olunacağı gözlənilir.

***

Məlumat üçün bildirək ki, M. Akşener 1995-ci ildə Doğru Yol Partiyası tərəfindən namizəd irəli sürülərək Milli Məclisin deputatı olub.

Daha sonra o, 1996-1997-ci illərdə Türkiyənin ilk qadın Daxili işlər naziri kimi fəaliyyət göstərib.

Uzun zaman siyasi arenada öz yerini alan Akşener 2007, 2011 və 2015-ci illərdə Milliyyətçi Hərəkat Partiyasını məclisdə təmsil edib. Xanım siyasətçi 2016-cı ilin sentyabrında MHP-dən xaric edilib.

“Demokratiyaya ehtiyacımız var”-deyən Akşener artıq öz partiyasını quraraq, nümayəndələr seçməyə hazırlaşır.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev