Türkiyənin yuxarı dairələrində istefalar başladı

xmanset07-640x360

Bu gün Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək prezident Rəcəb Tayyib Ərdoğanla gördüşdükdən sonra Tvitter hesabından açıqlama yayıb.

Türkiyə mətbuatı xəbər verir ki, M.Gökçək 28 oktyabrda vəzifəsindən istefa verəcəyini bildirib.

O, həmin gün bələdiyyədə iclas keçiriləcəyini və hər kəslə vidalaşdıqdan sonra vəzifəsindən ayrılacağını açıqlayıb.

Qeyd edək ki, M.Gökçək 23 ildir vəzifədə idi. Bir neçə gün öncə Ərdoğan onu, həmçinin Bursa və Balıkesir bələdiyyə sədrlərini istefaya çağırmışdı. Bu gün Bursa Böyükşəhər Bələdiyyə sədri Rəcəb Altəpə gözlənilən açıqlamanı verərək vəzifəsindən ayrılıb.

 

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev