Amerikada jurnalistikanın əsasını qoyan və dünyda ilk dəfə jurnalistlərə söz azadlığı tələb edən şəxsiyyət: Uilliam Bradford

dcb17bad2f82b2320052ade1243d87c0

Amerikada jurnalistikanın əsasını qoyan və dünyda ilk dəfə jurnalistlərə söz azadlığı tələb edən şəxsiyyət: Uilliam Bradford

20171012_104654

Uilliam Bradford (20 may 1663 – 23 may 1752) Amerikanın ilk İngilis yazıçısı kimi tanınır və 17 ci əsrdə Amerikada  Orta koloniya bölgəsində 140 illik jurnalistlik edəcək ailənin başçısıdır.
Bundan əlavə jurnalistlərə söz azadlığı istəyən ilk yazardır.  Uilliam Bradford Leistershire şəhərinin Barvell kendinde anadan olub və onun atasının da yazar olduğu qeyd olunur. Onun ailəsi Sosiyetik Dostlar birliyinin üzvü olaraq İngiltərə mədəniyyətində fəal rolu olub. Ozünün jurnalistikaya marağı olduğuna göre o Londonda Queker nəşr studiyasının sahibi Andrey Sovle yanında çıraq olaraq işə başlayıb və 1684 cü ildə öz müəllimin qızıyla evlənib. Sovlin köməyiylə o Amerikada Villiam Penin yaratdığı yeni koloniyaya qoşulur. 1685 ci ildə Villiam Bradfort Filadelfiyaya köçür, o 1686 cı ildə Pensilvaniyanın ilk nəşr studiyasını yaradır. Nəşr həyatının başlanğıcında o “Kalendariyum Pensilvaniya” almanağını yazmağa başlayır və bu bir neçə dövlət qurumlarını narahat etməyə başlayır.
Bİr neçə il Pensilvaniya dövlət qurumları və idarəçiləri tərəfindən təziqlərə baxmayaraq o öz nəsrinin haqlı və düzgün olduğunu bildirərək mübarizə aparır. Buna baxmayaraq o 1690 cı ildə o öz içlərini dayandırıb  yenidən qısamüddətli İngiltərəyə qayıtmaq məcburiyyətində qalır. 1692 ci ildə həbsə atılır və qəzet nəşri dayandırlır amma bu çox uzun çəkmir və 1693 cü ildə o öz nəşrinə yenidən başlayır. O 1693 cü ildə yenidən Amerikaya qayıdır və burada ictimayi yazar olaraq fəaliyyətə başlayır. İlk olaraq Nyu Yorkda işlərini davam etdirir daha sonra Nyu Jersidə ictimayi yazar olur və 1710 cu ildə Nyu Jersi məclisinin katibi vəzifəsinə təyin olunur. Bradfort 1693-cü ildə Nyu yorkda ilk kitab nəşri olan “Pensilvaniyaya göndərilən yeni İngiltərənin zülm ruhu” adlı kitabı nəşr etdirmişdir.  1725-1744 cü illərdə Nyu Yorkun ilk qəzeti olan “Nyu York Gazette” -nin nəşrinə başladı. Bradfort 1744 cü ildə 81 yaşında təqaüdə çıxır. 1752 ci ilin 23 mayında vəfat edir. Onun qəbri Nyu Yorkda Vall Street küçəsində yerləşən Triniti kilsəsində yerləşir. Həmçinin Bradfortun oğlu Andryu və oğlunun həyat yoldaşıda Koloniyanın məşhur jurnalistlərindən olmuşdur. Nəvəsi Uilliam isə Amerika İnqilabı zamanında məşhur redaktorlardan biri olmuşdur. Bradford ailəsi (1620-1906) Pensilvaniyanın Sosioloji Tarixi səhifələrində ön sırada yer almışdır. İngiltərənin Liesterşeir şəhərində Uilliam Bradfort adına böyük kollec fəaliyyət göstərir.

 

 İdrak Ədalətoğlu

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev