fgr

Prezident at üstündə tikinti obyektlərini yoxladı – Video

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov at üstündə paytaxt Aşqabadda tikinti obyektləri ilə tanış olub. Devrinnebzi.com xarici KİV-ə istinadən xəbər verir ki, atdan düşməyən ölkə başçısı tapşırıqlarını verib.

1508922481_untitled-1

İŞİD dünyanı hədələdi: Messinin qanlı fotosu və…

Terror təşkilatı İŞİD Rusiyada keçiriləcək Dünya çempionatını təhdid edib. “Qaynarinfo” xəbər verir ki, terrorçular bununla bağlı təhdid mesajı yayımlayıb. Təhdid mesajında “Barselona”nın ulduzu Lionel Messi də yer alır. Belə ki, argentinalı futbolçunu dəmir barmaqlıqlar arxasında və gözündən qan axarkən təsvir edən İŞİD “Bizim üçün gözləyin” sözlərini yazıb.

1508932265_untitled-1

Məhbusların qaçmasına görə 11 nəfər işdən qovuldu (ADLAR)

Bakıda məhbusların qaçması faktı ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb.  ”Report” xəbər verir ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları – Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və adı hələ açıqlanmayan daha 4 nəfər işdən qovulub. Bundan başqa, bu gün barələrində məhkəmə qərarı ilə […]

avtoritet

Avtoritetlərə görə rəislə müavinlərə 4 aylıq həbs qətimkan

Bu gün xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. APA xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən […]

mekeee1-300x200

Azərbaycanlı şagirdin təhqir olunduğu məktəbin direktoru işdən çıxarıldı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində şagirdlərin təhqir olunduğu bildirilən 67 saylı məktəbin direktoru Mariam Tavartkiladze işdən azad olunub. APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyinin qərarında bildirilir. Qərarda qeyd olunub ki, nazirliyin Audit idarəsinin məktəbdə apardığı araşdırma zamanı təhsil ocağının idarə olunmasında bir sıra pozuntular aşkarlanıb: “Məktəb rəhbərliyi şagirdlərlə uyğun olmayan […]

yol-polisi-dava

Yol polisi siqaret çəkən sürücünü döyüb? – Şamaxıda insident

Şamaxı rayonunda sürücü yol polisi əməkdaşı tərəfindən döyüldüyünü iddia edib. APA-nın yerli bürosunun xəbərinə görə, insident ötən gün Şamaxı şəhərində qeydə alınıb. Rayonun Dağ Bağırlı kənd sakini, 1984-cü il təvəllüdlü Feyzullayev Ruslan Dizcan oğlu idarə etdiyi 15-BO-626 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən Şamaxı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin […]

Ata-bank

Kreditə görə həbs olunan zamin sərbəst buraxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində “AtaBank”dan kredit götürən şəxsə zamin duran Lalə Bunyatovanın həbs edilməsi barədə Sabunçu rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb. Məlumata görə, bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. O bildirib ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə L.Bünyatova barəsindəki qərar ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. İş […]

1491208308-3508

Havanın pisləşəcəyi ilə bağlı – Xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 20-25, […]

fd

ABŞ-da universitetdə atışma, ölənlər var

ABŞ-ın Luiziana ştatında, Qramblinq universitetinin ərazisində atışma olub. Devrinnebzi.com xarici KİV-ə istinadən xəbər verir ki, atışmada iki nəfər ölüb. Universitetin KİV-lə işlər departamentinin rəhbəri Uill Satton bildirib ki, gecə yarısı naməlum şəxs aralarında mübahisə yaranan iki gəncə atəş açıb. Daha sonra ərazidən qaçıb. Faktla bağlı araşdırma aparılır.    

0002

Türkiyədə “İyi” Partiya quruldu

Türkiyədə yeni partiya qurulur. Devrinnebzi.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Meral Akşenerin yaradacağı partiyanın adı “İyi parti” olacaq. Məlumata görə, partiyanın şüarı isə “Türkiyə yaxşı olacaq”dır. Qeyd edilir ki, Meral Akşener artıq partiyanın təsis sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edib. Yeni partiyada bir neçə millət vəkilinin, keçmiş nazirlərin təmsil olunacağı gözlənilir. *** Məlumat üçün […]

ertre

Azərbaycanlı biznesmen ürəyindən güllələndi – Video

Rusiyanın Saratov şəhərində ötən gecə yerli biznesmen öldürülüb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 55 yaşlı biznesmen Ceyhun Cəfərovun cəsədi evinin qarşısında aşkarlanıb. O, avtomobilindən düşərkən qarajın yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Güllə biznesmenin ürəyindən dəyib. Cəfərov tikinti şirkətlərindən birinin baş direktorudur. Onun şirkəti bir çox dövlət sifarişlərinin də icraçısı olub. Hazırda […]

meyit-olujpg-19-37-06

Sevgilisini ayağı ilə boğaraq öldürdü – Bakıda

Bakıda qətl törədilib. Devrinnebzi.com APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsində qeydə alınıb. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Fərhad Cənnət oğlu Şaqaliyev aralarında yaranmış mübahisə zəminində, qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Gülnarə Xanış qızı Sadıqovanı döyüb və sonunda ayağını onun boğazına dirəyərək boğub. Nəticədə qadın boğularaq ölüb. […]

00010201

İki polkovnik niyə bir-birinə zidd açıqlama verir? – Video

Sürücülərin maşın idarə edərkən danışarsa cərimə olunacağı ilə bağlı hələ də gündəmdədir. Maraqlıdır ki, bu haqda dövlət qurumunu təmssil edən iki şəxs bir-birinə zidd açıqlamalar verir.  Bu məsələni ilk dəfə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov gündəmə gətirib. Və bir […]

,NtvS5NacgEOwom_mavbReQ

Qızı 5 nəfəri öldürən biznesmen – “1,5 milyon dollar ödəməyə hazıram” + Fotolar

Xəbər verdiyimiz kimi, 18 oktyabrda Ukraynanın Xarkov şəhərində 20 yaşlı Yelena Zayçevanın törətdiyi avtomobil qəzası nəticəsində 5 nəfər ölüb və daha 6 piyada yaralanıb. “Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Yelenanın biznesmen atası Vasili Zayçev ölənlərin və yaralananların ailələri ilə görüşüb, onların qarşısında diz çökərək qızını bağışlamalarını istəyib. 61 yaşlı iş adamı bildirib ki, zərər çəkənlərin […]

1508841360_vaqif_esedov

Bu sürücülər kəmər taxmaya bilər – Qanun

Azərbaycanda bəzi sürücü və sərnişinlərin avtomobildə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsinə icazə verilir. Realliq.info xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I bəndinin 6-cı hissəsinə əsasən, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə operativ nəqliyyat vasitəsi sürücülərinin və […]

1508859714_1

Azərbaycanda pensiyalar artırılır

Maaş və pensiyaların minimum məbləği artırılacaq Azərbaycanda minimum əmək haqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumu həddinin tədricən artırılması nəzərdə tutulur. Bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur. Bununla yanaşı əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, […]

1507343736-1

Saakaşvili Ukrayna Ali Radasının qarşısındakı çadırlardan birində məskunlaşıb

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasının qarşısında etirazçıların quraşdırdığı çadırlardan birində məskunlaşıb.   M. Saakaşvili bundan əvvəl Ukrayna parlamentinin qarşısındakı etirazçılara qoşulmaq niyyətində olduğunu açıqlayıb. O  müxalif siyasətçiləri də ona qoşulmağa çağırıb.   Məlumata görə, M.Saakaşvilinin çadırı Mariinski parkında quraşdırılıb. Çadırın qarşısında bir neçə mühafizəçinin keşik çəkdiyi  bildirilir. 

1482423801

Almaniya prezidenti bu gün Moskvaya səfər edəcək

Almaniya prezidenti Frank Valter Ştaynmayer bu gün Moskvaya işgüzar səfər edəcək.   “RİA Novosti”yə istinadən verilən xəbərə görə, səfər çərçivəsində F.V.Ştaynmayerin rusiyalı həmkarı Vladimir Putinlə görüşüi, “Memorial” hüquq müdafiə təşkilatına baş çəkməsi nəzərdə tutulub. Bundan başqa, onun SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovla görüşəcəyi, müqəddəs Pyotr və Pavel kilsəsinə baş çəkəcəyi gözlənilir.   Qeyd edək ki, F.V.Ştaynmayer son 7 ildə […]

qoroskop_045 (1)

Günün qoroskopu: risk etməkdən çəkinməyin

Qoç - sakit və təmkinli davranın. Təxribatlara uymasanız, gün yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma çəkəcəklər. Belə tələlərə düşməyin. İş yerini dəyişmək, yeni tanışlıqlara can atmaq məsləhət deyil. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından pis deyil. Axşam saatlarına yaxın tək qalın, düşünüb-daşının. Ailə üzvlərindən biri ilə fikir ayrılıqları yarana bilər. Buğa - əlverişli zamandır. Yaranmış şəraitdən […]

qezalar-kamran_2014061155-300x186

“DANIŞMAĞA GÖRƏ CƏRİMƏ YOXDUR!” – DYP açıqladı + VİDEO

“Son vaxtlar bəzi mətbuat orqanlarında guya sürücülərin sükan arxasında danışmasını qadağan edən qanunun qəbul olunması ilə bağlı yalnış informasiya yayılıb”. Bunu AzTV-yə Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu barədə heç bir qanun qəbul edilməyib: “Nə belə bir qanun qəbul olunub, nə də sürücülərin sükan arxasında […]

1508864847_market-696x493

Qaçan avtoritetlərin tutulması üçün 2 şəhərdə xüsusi postlar quruldu

Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusun tutulması istiqamətində işlər davam etdirilir.   Polis orqanları kriminal aləmə yaxın olan Şirvan sakini Əli Ağami ilə Hacıqabul rayon sakini, “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması üçün səfərbər olub. Dünən hər iki şəhərdə polis postları qurulub. Əməliyyat-axtarış tədbirləri gücləndirilmiş rejimdə həyata keçirilir.   Hacıqabul rayon […]

sarkis-300x170

“Ya danışıqlar aparırıq, ya da atəş açırıq” – Sarkisyan

Ermənistan hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyətində deyil, bizim belə məqsədimiz yoxdur. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin Milli Tədqiqat Universitetində yeni tədris proqramının başlanmasına həsr edilmiş iclasda bəyan edib. Sarkisyan bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur. “Bir əllə atəş açmaq, digəri ilə isə danışıqlar […]

213921_res_01-300x168

“Rusiya “Taliban”ı silahlandırır” – Əfqanıstan prezidenti

“Pakistan və Rusiya “Taliban” hərəkatına silah, pul və başqa formalarda dəstək verir”. CA-NEWS xəbər verir ki, bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ölkəsinin Paktiya əyalətinə səfəri zamanı deyib. O, “Taliban”ı öz səhvlərini etiraf etməyə çağırıb. Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Əfqanıstan prezidentinin açıqlaması həqiqəti əks etdirmir və qəbuledilməzdir.

22687995_1699288456790554_8993385387526419268_n

“Lotu Quli”nin həbsxanadakı sonuncu – Fotosu

Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa buraxılıb. Məlumata görə, artıq sosial şəbəkələrdə avtoritetin həbsxanada olarkən çəkilmiş sonuncu şəkli yayılıb. Fotoda başdan ayağa qaraya bürünən “Lotu Quli”nin qara eynək və papaq da taxdığı görünür. Qeyd edək ki, N. Səlifovun hazırda Gürcüstanda olduğuna dair məlumat yayılıb.

16-640x480

Viaqra belə hazırlanırmış: ŞOK GÖRÜNTÜLƏR – FOTOLAR

Sibirin Salba kəndində, 600-dən çox maralın yaşadığı ərazilərdə ferma sakinləri canlıların buynuzunu kəsib külli miqdarda pul qazanırlar. Publika.az xəbər verir ki, maral fermalarında heyvanlara işgəncə verilir. Xüsusi dərmanlar hazırlamaq məqsədilə dişi maraqlların buynuzları kəsilərək Çin, Koreya, Rusiya və digər ölkələrin dərman firmalarına satılır. Kəsilən buynuzlar toz halına gətirilərək dərman tərkiblərinə qatılır və qocalma əleyhinə kremlər, […]

707196

“Krım Ukrayna ərazisidir” – Kseniya Sobçak

“Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm”. “Ria Novosti”nin verdiyi məlumata görə, bu barədə Rusiyada 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini deyən teleaparıcı Kseniya Sobçak bildirib. “Biz öz sözümüzü pozmuşuq. 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozmuşuq. Söz verdik, lakin bu sözə əməl etmədik.  Bundan sonra biz müzakirə etməliyik. Bu, böyük problemdir”, […]

f2230078-f2ea-46ee-b58d-e435b97ad974_292

Məhbusların qaçmasına görə tutulan vəzifəli şəxslərin adları açıqlanıb

Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin saxlanılan üç əməkdaşının adı məlum olub. “Report”un əldə etdiyi məlumata görə, bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb ediliblər. Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır. Hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir […]

jefferson-botafogo_30p1eozf20bk1dwgp46vg604u

Silahlı şəxslər futbolçuya hücum etdilər

Braziliyada “Botafoqo” klubunda oynayan qapıçı Ceffersona silahlı hücum olub. “Qafqazinfo” Sportal-a istinadən xəbər verir ki, Rio de Janeyroda bir qrup əli silahlı şəxs onun qarşısını kəsərək maşınını əlindən alıblar. Hazırda silahlı şəxslərin tutulması istiqamətində axtarış aparılır. Qeyd edək ki, Cefferson 2011-15-ci illər aralığında Braziliya yığmasının da şərəfini qoruyub.  

1508830336_1

Fazil Məmmədov müavinini işdən çıxardı – ƏMR

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. “Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib. Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib. Qeyd edək ki, S.Ələkbərov həm də Azərbaycan […]

1499768806-quli

“Lotu Quli” azadlığa buraxılıb

  Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa buraxılıb.   Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda “Lotu Quli” ləqəbi ilə tanınan N. Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.   N. Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.   Onun qalan cəzası şərti cəza ilə […]

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev