tyty5

Tiflisdə azərbaycanlı kriminal avtoritet saxlanıldı – Xüsusi əməliyyat+Video

Tiflisdə keçirilən xüsusi əməliyyat nəticəsində fırıldaqçılıqda ittiham olunan azərbaycanlı kriminal avtoritet saxlanılıb. Devrinnebzi.com gürcü KİV-nə istinadən xəbər verir ki, saxlanılan avtoritet Gəncə şəhərindəndir. DİN əməkdaşları avtoriteti ötən gün yaxalasalar da, hadisə barədə bu gün məlumat yayılıb. Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü “həmkarı” ilə birgə B.M adlı şəxsi ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. […]

whatsapp-1-milliard-utilisateurs-par-jourjpg

“WhatsApp” daha bir yeniliyi sınaqdan keçirir

“WhatsApp” messenceri “iOS” əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində səsli və video zənglər funksiyasını sınaqdan keçirir. “Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yeni xidmətin pullu və ya pulsuz olacağı məlum deyil. Bundan başqa, qrup zənglərinin “WhatsApp” messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı istisna deyil. Başqa yeniliklər arasında qrup çatlarını […]

149984203039703454871000x669jpg

Prezident Lənkərana 2,1 milyon manat ayırdı

Prezident İlham Əliyev Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumata görə, sərəncamda qeyd olunur ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş […]

i

Məmur 12 yaşlı qıza təcavüz etdi, məktəbi yandırdılar – Cənubi Azərbaycanda

Etirazçılar Cənubi Azərbaycanın Urmiya şəhərində yerləşən qızlar məktəbini yandırıblar. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ötən gün məktəb rəsmisinin 12 yaşlı məktəbli qıza təcavüz etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat olub. Məlumat rəsmi olaraq təsdiqini tapmasa da, iddialar sosial şəbəkədə yayılandan bir neçə saat sonra insanlar məktəb binasına hücum ediblər. 

1492192661-4129

Nazirliyin qadın əməkdaşı həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Devrinnebzi.com  APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib. A. Bağırova isə 8 […]

receb-tayyib-erdogan-recep-tayyib-erdogan-300x199

“Belə bir rəzalət ola bilərmi?” – Ərdoğandan sərt reaksiya

Türkiyə prezidenti Ərdoğan Bosniya və Herseqovinanın azadlığı uğrunda mübarizə aparmış Aliya İzzətbeqoviçin ölümünün 14-cü ilinin xatirəsinə həsr olunmuş konfransda çıxış edib. Avropa.info xəbər verir ki, Ərdoğan Avstriya hökumətinin türk vətəndaşların üzərində itlərlə axtarış aparmasına sərt reaksiya verərək, “Avropaya da, sizə də möhtac deylik, ancaq sizin reseptiniz Türkiyədədir” mesajı verib: “Buardan aliyanın ailəsi və yaxınları olmaqla bütün boşnak […]

213831_res_01-300x167

Maltalı jurnalist neftə görə öldürülüb

Maltalı jurnalist Dafne Karuana Qalisiyanın qətli onun Liviyadan Avropaya neft qaçaqmalçılığı ilə bağlı apardığı təhqiqatla bağlı ola biıər. Virtualaz.org xəbər verir ki, bu barədə İtaliya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Rai News 24” telekanalı bildirib. Kanal xatırladır ki, ötən həftə Kataniya (Siciliya adası) prokurorluğunun orderi üzrə doqquz nəfər – mafiya ilə əlaqəli liviyalılar, italiyalılar və iki […]

xatire

1 il əvvəl ərini öldürən qadın azadlıqda gəzir – Müstəntiq qatilə himayədarlıq edir?

Bu gün Sumqayıt Şəhər Məhkəməsində əri Namiq Məmmədovu 2 bıçaq zərbəsiylə qətlə yetirən Xatirə Məmmədovanın məhkəməsi keçirilib. “BakuPost.az” xəbər verir ki, hakim İlyas Mahmudovun hakimliyi ilə keçən məhkəmədə Xatirə Məmmədova dinlənilib. Növbəti məhkəmə noyabr ayının 7-nə təyin edilib. Mərhum N. Məmmədovun atası Məhiyəddin Məmmədov isə işin gedişatından narazıdır. O, 2016-cı il sentybarın 8-də baş verən […]

59edad813a03f

Tramp “Supermən” kostyumunda – Foto

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Cunyor atasının “Supermən” paltarı geyindirilmiş şəklini paylaşıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun öz İnstaqram hesabından paylaşdığı fotoda atası saqqallı və döş hissəsində T hərfi olan “Supermən” kostyumunda və guya “Time” jurnalının üz qabığında çıxmış kimi göstərilib. Şəklin üzərində belə yazılıb: “Prezident Tramp Amerikanı yenidən […]

torpaga-720x506

Şəhid Cabbar Zeynalov dəfn olundu – Foto

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Zeynalov Cabbar Firudin oğlu şəhid olub. “Yenicag.az”ın məlumatına görə, 18 yaşında şəhidlik zirvəsinə çatan Zeynalov bu gün Saatlı rayonunda torpağa tapşırılıb. Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, deputat Əflatun Amaşov, rayon ictimaiyyətinin […]

rashid_kosayev_231017

İnterpol daha bir azərbaycanlını axtarır – Foto

İnterpol sənəd saxtalaşdırmaqda təqsirləndirilən Azərbaycan vətəndaşını axtarışa verib. Trend-in məlumatına görə, 1980-cı il təvəllüdlü Rəşid Kosayev barəsində cinayət işi başlanılıb. O, istintaqdan yayınıb. Məhkəmə tərəfindən R.Kosayev barəsində həbs qətimkan tədbiri seçilib və onun axtarışa verilməsi barədə qərar çıxarılıb. Həmin qərar əsasında da İnterpol tərəfindən R.Kosayev barəsində beynəlxalq axtarış elan edilib.  

maxresdefault

Uşaqları “pişiklər” öyrədəcək – Yenilik

Rusiyanın Soçi şəhərində keçirilən Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında gənc auditoriyanı maraqlandırmaq və proqramlaşdırma və robot texnikasına marağı cəlb etmək məqsədilə uşaqları öyrədə bilən robot pişik təqdim edilib. Devrinnebzi.com ICTnews-a istinadən xəbər verir ki, robot gənc istifadəçi tərəfindən proqramlaşdırıla bilən çoxsaylı sensorlarla təchiz olunub. Yeni qurğu səs ötürücülərinə, eləcə də robotun ayrı-ayrı hissələrinin hərəkətini […]

xmanset07-640x360

Türkiyənin yuxarı dairələrində istefalar başladı

Bu gün Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək prezident Rəcəb Tayyib Ərdoğanla gördüşdükdən sonra Tvitter hesabından açıqlama yayıb. Türkiyə mətbuatı xəbər verir ki, M.Gökçək 28 oktyabrda vəzifəsindən istefa verəcəyini bildirib. O, həmin gün bələdiyyədə iclas keçiriləcəyini və hər kəslə vidalaşdıqdan sonra vəzifəsindən ayrılacağını açıqlayıb. Qeyd edək ki, M.Gökçək 23 ildir vəzifədə idi. Bir neçə gün […]

1491902084-91

Qaçan məhbuslara görə nəzarətçilər istintaqa cəlb edildi

Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin azı üç əməkdaşı istintaqa cəlb edilib. “Report”un məlumatınaa görə, hadisədən sonra həmin şəxslərdən izahatlar alınıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır […]

mtn-01-300x286

Keçmiş MTN polkovnikinin cəzası azaldıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M. Əsgərov çıxış edib. O, verilən ittihamları qəbul etmədiyini deyib. M. Əsgərov zərərçəkmiş V. […]

retr

Dubay əmiri “Baku” kafesində – Foto

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum bu ölkədə açılan Azərbaycan kafesinin qonağı olub. Əl-Maktum ötən Dubayda açılışı olan “Baku” kafesində olub və Azərbaycan mətbəxinin dadına baxıb. Ərəb şeyxinin kafedən çəkilən fotosu isə sosial şəbəkədə paylaşılıb. 

ermeni-oldu_1508751361

Ermənistan ordusunun daha bir hərbçisi öldü

Ermənistanın Vayots Dzor vilayətinədə ağır yol qəzası baş verib. Devrinnebzi.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 08:50 radələrində 19 yaşlı Qevorq Xanamiryan idarə etdiyi UAZ markalı 34 UN 427 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Yolun hərəkət hissəsindən çıxan avtomobil 25 metr hündürlükdə dərəyə yuvarlanıb. Sürücü Xanamiryan və İrəvan sakini 21 yaşlı […]

turme-mehbus-1_1508736903

Bakıdan Şirvana aparılan 2 məhkum qatardan qaçıb – Yenilənib

Bakıda qaçan məhbusların adları məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir. E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci […]

cropped_content_fdpli-cornelia-jehle-bogazi-vahsice-kesilerek-olduruldu_e9r3GNuVTcF0U5Q

Xanım jurnalist redaksiyada bıçaqlanıb – Fotolar

Bu gün Rusiyada naməlum şəxs “Exo Moskvı” radiosunun redaksiyasına gələrək radiounun aparıcısı Tatyana Felqenhaueri bıçaqlayıb.  Rusiya mətbuatı xəbər verir ki, aparıcı boğaz nahiyəsindən bıçaq yarası alıb. Xəsarət alan şəxs Felqenhauer xəstəxanaya yerləşdirilib və onun həyatı üçün təhlükə yoxdur. Hadisəni törədən şəxs saxlanılıb və polisə təhvil verilib. 

8a65ff5c-904b-40e6-b349-2f44f40782cajpg (1)

30 yaşlı qadın özünü 8-ci mərtəbədən atdı

Bakıda 30 yaşlı qadın özünü yaşayış binasının 8-ci mərtəbəsindən ataraq intihar edib. “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Şəlalə Məmmədova özünü yaşadığı mənzilin eyvanından ataraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Kəmaləddin Heydərov onları işdən çıxardı

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib. Məlumata görə, Bayramov qurumdan öz istəyi ilə ayrılmayıb. O, nazir Kəmaləddin Heydərovun göstərişi ilə işdən çıxmaq barədə ərizə yazıb. Səbəb isə yol verdiyi nöqsanlar olub. Daha bir məqam isə Oqtay […]

1508729781_1

Azərbaycanlı tələbə otaq yoldaşını qətlə yetirdi

Kiyevdə Azərbaycandan olan tələbənin iştirakı ilə qətl hadisəsi baş verib. “Report” “Komsomolskaya Pravda – Ukrayna”ya istinadən xəbər verir ki, qətl kirayə mənzildə törədilib. Bildirilir ki, gənc oğlan və qız birgə yaşayıblar. Hadisə zamanı oğlan qıza 10 bıçaq zərbəsi vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.

319177

Yaponiyada güclü qasırğa baş verib, ölən və yaralananlar var

Yaponiyanın Honsü adasında baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 86 nəfər xəsarət alıb.   “112 Ukrayna” telekanalına istinadən verilən xəbərə görə, “Lan” qasırğası ilə əlaqədar sahilboyu ərazilərdən insanlar təxliyə edilib, havalimanlarında 300 aviareys ləğv edilib, qatarların hərəkətində fasilələr yaranıb.   Vakayama prefekturasında 82 yaşlı kişi itkin düşüb. Hazırda “Lan” Xonsü adasının şimalına doğru hərəkət […]

d03fcbfe94f6f80cb3aca48d8ac78609

İranda 5,1 bal gücündə zəlzələ olub

İranda 5,1 bal gücündə  zəlzəıə baş verib.   Yeraltı təkanların episentri Minab şəhərindən 83 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.   Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

592767

Bakıda məhkum həbsxanada evləndi – FOTO

Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Baxışov Ehtiram Ələddin oğlu ilə vətəndaş Məmmədova Sevalə Əflatun qızının müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb. Penitensiar xidmətindən   verilən məlumata görə, mərasimdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinin rəis əvəzi Aygün Eminova tərəfindən həmin şəxslərin nikahı rəsmiləşdirilib. Ailə quranlar yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

qoroskop_045 (2)

Günün qoroskopu: məqsədə aparan yolda səd və maneələr az olmayacaq

Qoç -  uzaqdakı tərəfdaşlarla əlaqələri inkişaf etdirmək imkanı yaranıb. Çoxdan bəri planlaşdırdığınız səfər və ya səyahətə hazırlaşa bilərsiniz. Vəzifənizin artmasını və ya gəlir mənbəyinizin daha səbatlı olmasını istəyirsinizsə, bilik və bacarıqlarınızı artırın. Şəxsi işləriniz və maraqlarınızı işdən üstün tutmayın. Günün ikinci yarısında qüvvənizi bərpa etmək üçün bir qədər tək qalmalısınız. Səhhətinizə fikir verin. Dərman qəbul edənədək […]

11e4f199c4117cde2e83108c23f554ec

Bakı-Qazax yolunda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.   Hadisə Bakı-Qazax magistralının Goranboy rayonu Borsunlu kəndi ərazisində qeydə alınıb.   Hərəkətdə olan “Mercedes” markalı avtomobilin “Shacman” markalı yük avtomobİllə toqquşub. Qəza zamanı “Mercedes”in sürücüsü Yevlax rayon sakini, 1974-cü il təvəllüdlü Hüseyn Hüseynov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.   Faktla bağlı Baş […]

52d36

Antalyada İŞİD yaraqlısı tutulub

Türkiyənin güc strukturları oktyabrın 21-dən 22-nə keçən gecə kurort şəhəri Antalyada İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının üzvünü yaxalayıblar. Türkiyə mediasına istinadən verilən xəbərə görə, Suriya vətəndaşı olan yaraqlı şəhərin Yeni məhəllə rayonunda saxlanılıb. Hazırda təhlükəsizlik idarəsinin müstəntiqləri terror qruplaşmasının üzvünu dindirirlər.

thumbs-b-c-18ab04063d70d051d8443b07cc29f952

Türkiyədə PKK terrorçuları ilə atışmada bir əsgər ölüb, ikisi yaralanıb

Türkiyənin Van vilayətində PKK terrorçuları ilə atışmada bir əsgər şəhid olub, ikisi yaralanıb.   Atışmada 3 terrorçunun öldürüldüyü bildirilir.   İnsident bu gün Van vilayətinin Başqala rayonunda qeydə alınıb. Yaralanan əsgərlərin həyatına təhlükə olmadığı bildirilir.   Bölgədə antiterror əməliyyatı davam edir

zalzala

Filippində 5,4 maqnitudalı zəlzələ olub

Bu gün Filippinin Luson adasında 5,4 maqnitudalı zəlzələ baş verib.   Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.   Yerli vaxtla saat 22.21 radələrində baş verən zəlzələnin ocağı Putol şəhərindən 2 km cənub-şərqdə, paytaxt Maniladan 50 km cənub-qərbdə, 23 km dərinlikdə yerləşib.   Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev