59ecb7543040b_ccccccc (1)

İt ilində bizi nə gözləyir? – 2018-in PROQNOZU

Çin təqviminə görə, 2018-in sahibi sakit və mehriban İt ili olacaq. Qarşıdakı il də sahibinin xarakterinə uyğun keçəcək. Astroloqlar iddia edir ki, İt ili bütün zodiak işarələrinə uğur və müvəffəqiyyət vəd edir. Onların sözlərinə görə, 2018-ci il həm karyera yüksəlişi, həm şəxsi nailiyyətlər, həm də şəxsi həyatda müsbət hadisələrlə yadda qalacaq. Unkal.orgoxucuları illərə əsasən 2018-ci […]

qatl

Mingəçevirdə bərbər iş yerində öldürülüb

Mingəçevir şəhər sakini amansızlıqla qətlə yetirilib.   Hadisə bu gün şəhərin İ.Qayıbov küçəsindəki bərbərxanada qeydə alınıb.   Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan 1990-cı il təvəllüdlü Eldar Abbasov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı şəhərin Puşkin küçəsindəki 10 saylı mənzildə yaşayan 1983-cü il təvəllüdlü Pərviz Məmmədova 18 bıçaq xəsarəti yetirərək onu amansızlıqla […]

tayfun

“Lan” qasırğası Yaponiya sahillərinə çatıb, dağıntı və tələfat var

Güclü “Lan” qasırğası Yaponiya sahillərinə çatıb, dağıntı və tələfata yol açıb.   Bu barədə NHK telekanalı məlumat yayıb.   Fukuoka şəhərində bir nəfər ölüb. Regionlarda 5,6 min ailənin məcburi evakuasiya ediləcəyi elan edilib, 376 ailəyə isə evlərini tərk edərək daha təhlükəsiz rayonlara getmək tövsiyə olunub.   Hazırda “Lan” saatda 45 km sürətlə Xonsyu adasının cənubuna […]

59ec7e374b7f7_ax-2016-11-10-kemaleddin-heyderov

Kəmaləddin Heydərovun sözcüsü işdən çıxdı – “… problemlər var”

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.   Bu barədə   Oqtay Bayramov özü məlumat verib. O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib: “Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin”. Qeyd […]

1508652163_1

KXDR özünü tamhüquqlu nüvə dövləti elan etdi

Şimali Koreya bir sıra ölkələrin parlamentlərinə ünvanladığı açıq məktubda özünü tamhüquqlu nüvə dövləti elan edib və iddia edib ki, ABŞ prezidenti Donald Tramp dünyanı nüvə fəlakətinə sürükləmək istəyir. Publika.az CNN-ə istinadən xəbər verir ki, sənəd sentyabrın 28-də göndərilib və Trampın inauqurasiyasından bir həftə sonra yayılıb. Avstraliyada məktubu “görünməmiş hadisə” kimi qiymətləndiriblər.

1508675905_1

Ermənistanın növbəti təxribatı- Şəhidimiz var

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub. Müdafiə Nazirliyinin sayt bildirir ki, Nazirliyin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, son günlər Ermənistan hakimiyyətinin müxtəlif təbəqələrdən olan nümayəndələri, o […]

kennedi

Con Kennediyə sui-qəsdlə bağlı məxvi sənədlər açıqlanacaq

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlinin istintaqı barədə sənədlər çap oluna bilər.   ABŞ prezidenti Donald Tramp bu barədə özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.   ABŞ prezidenti Donald Tramp şənbə günü elan edib ki, C. Kennedi ilə bağlı daha çox məlumatın əksini tapdığı məxfi sənədlərin ictimaiyyətə açılması göstərişi verəcək.   Sabiq prezidentin ölümü ilə bağlı […]

ukrayna-aksiya

Kiyevdə aksiyaçılarla polis arasında toqquşma olub

Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada polis və aksiya iştirakçıları arasında toqquşma  olub.   Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur.   M. Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına yaxınlaşan aksiyaçıların […]

tikinti-usta-tikinti-materiallari

Evlərin tikintisiylə bağlı Nazirlər Kabinetinin YENİ QƏRARI

Nazirlər Kabineti “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nda dəyişiklik edib. Bu Qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə […]

61ffbda7c6b1f93e141834adeeca4e6b

Milli Məclisdən məhbuslara müjdə – AZADLIĞA YOLLARI AÇILIR

Azərbaycan prezidentinin cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihədə yeni cəza növünün – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə […]

4442203910

DTX rəisinin babası “gəncəli Mədət” kim olub? – TARİXİ ARAŞDIRMA-FOTO

Gəncənin məşhur Balabağman məhəlləsində öz müqəddəs əməlləri ilə insanların xətir-hörmətini qazanmış, Allah adamı olan Məşədi Kərimin evində göz açmışdı dünyaya. Atası və dünyalar qədər sevdiyi anası Məsumə xanım onu uşaqlıqdan haqq-ədalət tərəfdarı, xeyirxah, cəsur bir oğul kimi tərbiyə etmişdilər. İlk təhsilini Gəncə şəhər gimnaziyasında almışdı. Xalqını,Vətənini çox sevirdi Mədət Quliyev. 1918-ci ildə müstəqil milli dövlətimiz […]

2017-04-27-23-09-32erdogan-yeni-tek-tribina

“Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasının üzvü olmasın?” – Ərdoğan

“Niyə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmasın, niyə Türkiyə olmasın?”.  Bu sözləri Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  R. T. Ərdoğan D-8 təşkilatının İstanbulda keçirilən IX zirvə toplantısından sonra mətbuat konfransı keçirib.  APA-nın “zirvə toplantısındakı çıxışlarınızda verdiyiniz mesajlar “dünya 5-dən böyükdür” konsepsiyanızın tərkibi və davamı idi. Beynəlxalq təşkilatların güc və potensialını bu fəlsəfəyə yönləndirmə […]

sokuntu-daginti

Qazaxda evdə partlayış baş verib, xəsarət alan var

Qazaxda evdə qaz sızmasından partlayış baş verib, xəsarət alan var.   Hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.   Kənd sakini Vəliyeva Cəvahir yaşadığı evin mətbəx otağında işığı yandıran zaman partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. C. Vəliyevanın vəziyyəti orta-ağırdır.   Partlayış mətbəxə təbii qazın sızmasından baş verdiyi bildirilir.

1507238062

​Hərbçilər prezidentə 5 gün vaxt verdi – ÖLÜMLƏ HƏDƏLƏMƏ

Ukrayna Ali Radası qarşısında keçirilən xalq məclisi iştirakçıları yeni tələblər irəli sürüb. Muxalifet.az Rusiya KİV-ə istinadən xəbər verir ki, onlar Prezident Petro Poroşenkodan 5 iş günü ərzində parlamentə impiçment haqqında qanun layihəsi göndərməyi tələb ediblər. “Cənab prezident, bu qanun layihəsi konkret olaraq, sizə aid deyil. Bu, Ukrayna xalqına aiddir. Əgər tələbimiz yerinə yetirilməsə, biz nəyə […]

1508587907_mtu5zwyzte1nm5n2e_1

“Erməni başıma murdar bir şey tökürdü…”

Mən də boşanıb çıxıb gəldim. – Bəs övladınız varmı? – Xeyr, övladım yoxdur. Evli olduğum vaxt hamilə qaldım, amma hamiləliyin 6-cı ayında nədənsə uşaq tələf oldu. – Bəs nə əcəb yenidən ailə qurub, övlad sahibi olmağı düşünmədiniz? – Sözün düzü, mən çox çətin zövqlü insanam. Nəsə alınmayıb. Mənə evlilik təklifləri çox olub, amma mənim qeyri-adi […]

1508606708_1

Neftçala Bələdiyyə sədri müəmmalı şəkildə yoxa çıxıb – Xol Qarabucaq kənd Bələdiyyəsində cavabdeh şəxs kimdir?

Neftçala rayon Xol Qarabucaq kəndinin bələdiyyə sədri yoxa çıxıb. Sakinlərin bildirdiyinə görə, ali təhsili olan Bələdiyyə sədri Abdullayev Səid Abdulla oğlu sədr seçildikdən qısa müddət sonra vəzifəsindən qeyri qanuni olaraq imtina edib. Rayon İcra Hakimiyyətinin rəsmi saytında Abdullayev Səid Abdulla oğlu bələdiyyə sədr kimi göstərilməsinə baxmayaraq kənddə və idarədə onu gördüm deyən tapılmayıb. Redaksiyamıza bu […]

1508611381_1

Putindən şok xəbərdarlıq: “Atomdan daha təhlükəli silah yaranır”

Yaxın gələcək insanların sifariş ediləcək xarakteristikalara uyğun olaraq genetik proqramlaşdırılması baş tuta bilər. Bunu Ümumdünya Gənclər və Tələbələrin Festivalında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib. Onun sözlərinə görə, bu, atom bombasından daha qorxulu silah olacaq. O, gen mühəndisliyinin farmakologiya, insan kodlarının dəyişdirilməsi istiqamətində möhtəşəm imkanlar yaradacağını bildirib: “Praktik şəkildə insanın sifariş verilmiş xarakteristikalar üzrə […]

1508599321_1

Maltada öldürülən jurnalisti Azərbaycanla nə bağlayırdı? – TƏHLİL

Bazar ertəsi günü “Malta İndependent” qəzetinin reportyoru Dafna Karyuna Maltada qətlə yetirilib. Hələlik, polis bununla bağlı hər hansı versiya səsləndirməyib, lakin hadisənin xarakterri – 53 yaşlı jurnalist xanıma məxsus avtomobilin partlaması – sifarişli qətl gümanını doğurur. Avtomobil partlaması nəticəsində həlak olmuş maltalı jurnalistin oğlu baş verənlərlə əlaqədar mafiya dövləti adlandırdığı Malta hakimyyətini ittiham edib. Həlak […]

gurcustanda-sechki-21102017-3

Gürcüstan MSK-sı seçkilərin ilkin nəticələrini açıqlayıb

idarəetmə orqanlarına keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.   Paytaxt Tbilisidə 737 seçki məntəqəsinin 165-i üzrə səsvermənin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze 51,4 faiz, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili 16,68 faiz, müstəqil namizəd Aleko Elisaşvili 16,6 faiz, müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Elene Xoştariya, 7,39 faiz, “Vətənpərvərlər Alyansı” Partiyasının namizədi İrma […]

avtovagzal_237476576

Bakıdan Avropanın digər paytaxtına avtobusla getmək mümkün olacaq

Noyabrın 9-dan etibarən hər həftənin birinci və dördüncü günləri Bakı-Xarkov-Kiyev avtobus reysi həyata keçiriləcək. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib. O bildirib ki, avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. […]

qoroskop_045 (1)

Günün qoroskopu: ziddiyyətli gündür

  Qoç -yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Nikbin olun. Təcrübənizi artırın. Maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəkli informasiyanın olmaması itkilər və ya zərərə səbəb ola bilər.  Avantüralara qatılmayın. Günün ikinci yarısında şəxsi münasibətlərdə maraqlarınızı nəyin bahasına olursa-olsun, təmin etməyə çalışmayın. Axşam saatlarını istirahətə, sevdiyiniz insanla ünsiyyətə həsr edin. Rasionunuza fikir verin. Buğa - […]

MTU5ZWIwZjU0MzU5NDM_1

ABŞ əhalisi: Media Tramp haqqında yalanlar uydurur

ABŞ-da keçirilən son sosial sorğulara görə, insanlar ABŞ mediasının prezident Donald Tramp haqqında yalanlar uydurmasına inanır. “Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, “Politico” və “Morning” konsaltinq şirkətlərinin keçirdiyi sorğu ölkədə səs-küyə səbəb olub. Sorğunun nəticəsinə görə, ABŞ əhalisinin 46%-i medianın Tramp barədə yalanlar uydurmasına, 37% isə bu məlumatların doğruluğuna inanır. Anket iştirakçılarının 17%-i məsələ […]

1508604926_dfhfh

Cüdoçumuz erməni rəqibinə qalib gəldi – Dünya çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyində fərdi yarışlar başa çatıb. “Report” xəbər verir ki, mötəbər yarışın sonuncu günü Azərbaycan millisi daha bir uğura imza atıb. Belə ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Kotsiyevin […]

cropped_content_fdpli-cornelia-jehle-bogazi-vahsice-kesilerek-olduruldu_e9r3GNuVTcF0U5Q

Almaniyada qadın siyasətçi boğazı kəsilərək öldürülüb – Xəyanət üstündə

Almaniyada Azad Demokratik Partiyasının (FDP) üzvü olan siyasətçi Korneliya Yehle avtomobilində ölü halda tapılıb. Devrinnebzi.com xarici KİV-ə istinadən xəbər verir ki, avtomobildə Yehledən başqa, əri və sevgilisinin də cəsədi olub. Qadın siyasətçinin həyat yoldaşı Markes Yehlenin onu və 26 yaşlı sevgilisi Yannik adlı gənci öldürdükdən sonra intihar etdiyi bildirilir. Cinayət yerində iki bıçaq və odlu […]

karles

Kataloniyanın muxtariyyəti ləğv edildi – Növbədənkənar parlament seçkiləri keçiriləcək

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılmasına dair qərar verib. “Ria Novosti”nin verdiyi məlumata görə, rəsmi Madrid Kataloniyanın özünüidarə hüququnu məhdudlaşdıran Konstitusiyanın 155-ci maddəsini işə salıb. Bu barədə baş nazir Mariano Rahoy Nazirlər Kabinetinin təcili yığıncağının nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib. “Hğkumət 155-ci maddəyə müraciət etmək məcburiyyətində qaldı. Bu, nəinki indi, heç vaxt bizim arzumuz, […]

gurcustanda-sechki-xususi-teyinatlilar-21102017-1

Azərbaycanlıların yaşadığı rayona xüsusi təyinatlılar yeridildi – Fotolar

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna xüsusi təyinatlı polis dəstəsi gətirilib.   Yerli sakinlərin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, xüsusi təyinatlıların olduğu iki avtobus artıq rayonun mərkəzindədir. Əlavə polis dəstələrinin Marneulidə yerləşdirilməsində məqsəd seçki prosesi ilə bağlı yarana biləcək gərginliyin qarşısını almaqdır.   Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir. […]

MTU5ZWIwY2ZkZDc4M2Q_1

Leyla Əliyevanın məşhur ulduzla möhtəşəm rəqsi (VİDEO)

Bildiyimiz kimi, oktyabr ayının 15-də Rusiyanın “Qızıl səsi” və Xalq artisti Nikolay Baskov öz ad gününü Bakıda konsertlə qeyd edib. “Baku Crystall Hall”da baş tutan “İqra” adlı yubiley şousu çox fərqli məqamlarla yadda qalıb. Biletlərin fantastik qiymətinə baxmayaraq, konsetdəki tamaşaçı izdihamı Baskova olan sevginin əsl nümunəsi olub. Yenicag.az xəbər verir ki, sosial şəbəkədə konsertdən sonra […]

MTU5ZWIzMmI4MzI5MDU_1

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının səbəbləri

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) oktyabrın 16-da Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Dağıstanda Azərbaycandan ixrac edilən 33 ton pomidorun tərtib edilmiş fitosanitar sertifikatında məlumatlar tam əks olunmadığına görə ölkəyə idxal edilməsinə icazə verilməməsi barədə məlumatla bağlı açıqlama yayıb. Xidmətdən verilən məlumata görə, Rusiya Baytarlıq Xidməti DFNX-yə rəsmi […]

mevlut

Qalmaqallı yazının müəllifi Azərbaycandan üzr istədi

Xəbər verdiyimiz kimi, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ”-“Atletiko” oyununa həsr etdiyi “Ezik kareoqrafi” adlı köşəsində  azarkeşlərin hazırladığı plakatı təhqir edib. O, tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli  görüntü adlandırıb. Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. […]

upload-05-pic685-685x390-69079 (1)

Rusiyada bomba həyəcanı – İcra Hakimiyyətinin binası boşaldıldı

Rusiyanın Yekaterinburq şəhərində İcra Hakimiyyətinin binasındakı insanlar evakuasiya olunublar. “İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə rəsmi nümayəndəsi Valeriy Qorelıh bildirib. “Bu gün Sverdlovski vilayətində hüquq-mühafizə orqanlarına Yekaterinburqda yerləşən müxtəlif müəssisələrə bomba qoyulması ilə bağlı bir neçə anonim zəng daxil olub”, – deyə Valeriy Qorelıh qeyd edib. Onun sözlərinə görə, hazırda bütün […]

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev