66372

Poroşenkodan Rusiyaya zərbə

Ukrayna prezidenti Pyotr Poroşenko lüstrasiya haqqında qanunu təsdiqləyib. Məlumata görə, bu barədə xəbər Ukrayna prezidentinin saytında yerləşdirilib. Xəbərdə bildirilir ki, prezident sentyabrın 16-da Ali Rada tərəfindən qəbul edilən “Hakimiyyətin təmizlənməsi haqqında” qanunu imzalayıb. “Bu gün Ukrayna üçün tarixi bir gündür. Lüstrasiya haqqında qanun təsdiqləndi. Hakmiyyət təmizlənəcək”, deyə prezident Poroşenko Facebook səhifəsində yazıb. Hakimiyyətin təmizlənməsi haqqında […]

1412852587

İŞİD Bağdadı qan gölünə çevirdi

İraqının paytaxtı Bağdadın müxtəlif bölgələrinə 2 amansız hücum təşkil edilib.   Devrinnebzi.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, paytaxta təşkil edilən hücumda 12 nəfər ölüb, 34 nəfər yaralanıb.   Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Bağdadın şərqində yerləşən Əs-Sadr şəhərindəki yanacaqdoldurma məntəqəsini yaxınlığında bomba yüklü avtomobillə təşkil edilən hücumda 11 nəfər ölüb, 28 nəfər yaralanıb.   […]

1412834447

İŞİD: “Türkiyə bunun hesabını çox pis verəcək”

İŞİD Türkiyəni ABŞ-ın başçılığı ilə yaradılan koalisiyaya qoşulduğuna görə təhdid edib. Devrinnebzi.com xəbər verir ki, təşkilat bu açıqlamanı Tvitter hesabında yayıb: “Türkiyədə minlərlə dayağımız var. Türkiyə bunun hesabını çox pis verəcək”.   Türkiyə Böyük Millət Məclisinin (TBMM) ordunun Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamasına razılıq verməsi İŞİD tərəfindən sərt şəkildə tənqid olunub.   Türkiyə […]

1412797397

Türkiyə qarışır: NATO Baş katibi gəldi

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə gəlib. Devrinnebzi.com xəbər verir ki, xüsusi təyyarə ilə Ankaraya gələn Stoltenberqin səfər çərçivəsində Prezident Rəcəb Tayyip Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və digər dövlət və hökumət rəsmiləri ilə görüşü gözlənilir.   İlkin məlumatlara əsasən, danışıqlarda ölkə daxilində baş verən hadisələr, Suriya və regional vəziyyət müzakirə olunacaq.  

teleqraf.com1412793090ukr-rus

Ukrayna Rusiyaya nota verdi

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya tərəfindən tutulmuş Krım bölgəsində 5 dəniz limanının yenidən istifadəyə açılması ilə bağlı Kremlə etiraz notası verib. Devrinnebzi.com-un UNİAN-a istinadən məlumatına görə, Rusiya tərəfi Krımın ilhaqı ilə əlaqədar iyulun 15-dən Ukraynanın rəsmi bağladığı Yevpatoriya, Feodosiya, Yalta, Kerç və Sevastopol limanlarını birtərəfli qaydada açıq elan edib.   Bu, öz növbəsində rəsmi Kiyevin […]

1412765925

İŞİD Kobanidən geri çəkilir – Son dəqiqə

ABŞ və koalisiya qüvvələrinin Kobanini bombardman etməsi terrorçuların geri çəkilməsinə səbəb olub.  Devrinnebzi.com xəbər verir ki, bir neçə gün öncə şəhərin mərkəzinədək irəliləyən terrorçular bayraqlarını dalğalandırdığı Türkiyə sərhədindən geri çəkilir.   “Röyter”in xəbərinə görə, terrorçuların sığındığı bir çox məntəqələr darmadağın edilib.   İtkilər barədə dəqiq məlumat yoxdur.  

1412752574

Türkiyə Kobani ilə bağlı son qərarını verdi

Türkiyə hökuməti Kobanidəki vəziyyətlə bağlı müzakirələr aparıb.   Devrinnebzi.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumət Suriya ərazilərində “təhlükəsiz ərazi” və “uçuşa qadağan zona” elan edilmədən parlamentdə qəbul olunan layihəni tətbiq etməyəcəyini bəyan edib.   Ankaranın bu qərarı Türkiyə ordusunun sərhədi keçməyəcəyi və aktiv hərbi əməliyyatlara başlamayacağını göstərir. Türkiyə Kobaniyə ancaq humanitar yardımlar göstərəcək.   

1412700696

İŞİD 2 min terrorçu ilə Kobaniyə girdi – Fotolar

İŞİD üç həftəlik hücumlardan sonra Suriyanın şimalında yerləşən Kobaniyə girib.   Devrinnebzi.com xəbər verir ki, terrorçular qarşılarına çıxan hər şeyi məhv edərək irəliləməkdə davam edir. Kürd ordu qüvvələrinin verdiyi məlumata görə, xalq müdafiə birlikləri (YPG) ilə terrorçular arasında küçə savaşı gedir. Verilən məlumatlara görə terrorçuların yeni qırğınlar törədəcəyi gözlənilir. Belə ki, işğal olunmuş onlarla qəsəbə […]

56890

Rusiyaya daha bir zərbə

Bolqarıstan Rusiyaya məxsus hərbi aviatexnikadan imtina etmək niyyətindədir. Devrinnebzi.com-un məlumatına görə, Bolqarıstan 2020-ci ilədək MİQ-21, MİQ-29 qırıcıları daxil olmaqla, SU-25, digər təyyarə və vertolyotlardan imtina edəcək. Bununla da, bu ölkə Rusiya hərbi texnikasından asılılıqdan xilas olmağa çalışır. Bolqarıstanın hərbi müəssisələri Hərbi Hava Qüvvələrləri üçün təcili surətdə ən azı 300 milyon avro dəyərində 8 yeni qırıcı […]

1412606768

Davudoğlu ABŞ-ın qarşısına şərt qoydu

Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu ABŞ-ın qarşısına şərt qoyub.   Devrinnebzi.com xəbər verir ki, Davudoğlu ABŞ-ın Bəşər Əsəd rejminə qarşı hərəkata başlayacağı təqdirdə Türkiyənin onların istədiyi kimi İŞİD-ə qarşı ordu yeridəcəyini bildirib. NATO-nun Baş katibi Yens Stoltenberq də Polşaya səfəri zamanı mətbuat konfransı zamanı açıqlamasında Türkiyənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac yaranacağı halda müttəfiq […]

1412583606

Özbəkistandan İŞİD-ə dəstək gəldi

“Özbəkistan İslam hərəkatı”nın (ÖİH) başçısı Usman Qozi bu terror təşkilatının İŞİD döyüşçülərinə qoşulacağını bəyan edib. Devrinnebzi.com RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Özbəkistan hüquq-mühafizə orqanları məlumat verib.   “Bizim əlimizdə ÖİH-nin İŞİD qruplaşmalarının keçirdiyi əməliyyatlarda iştırakına dair operativ video və audio informasiyalar var”, – deyə mənbədən bildiriblər.   ÖİH-nin hazırda Pakistan və Əfqanıstanın sərhədyanı rayonlarında […]

1317

Həcdə 130 zəvvar öldü

Bu il Həcc ziyarəti zamanı 130 zəvvar dünyasını dəyişib. Məlumata görə, ölənlərin əksəriyyəti -14-ü Misirdən olub. Ölüm səbəbləri, əsasən, zəvvarlarda xroniki xəstəliklərin ağırlaşması və ya qocalıqla bağlı olub. Həmçinin, İraq, Əlcəzair, Sudan, Mərakeş, Somali, Yəmən, İordaniya və Marvitaniya zəvvarları arasında da ölüm halları qeydə alınıb. Hazırda isə, 213 nəfər Səudiyyə Ərəbistanı xəstəxanalarında müalicə olunur. Bu […]

62400

Ərdoğandan üzr istədi

ABŞ-ın vitse prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəyib. Devrinnebzi.com-un məlumatına görə, bu barədə Türkiyə mətbuatı prezident adminstrasiyasındakı mənbələrinə istinadən yazır. Xəbərə görə, Co Bayden Ərdoğana telefonla zəng vuraraq üzr istəyib. Qeyd edək ki, Co Bayden bildirmişdi ki, Türkiyə hökuməti İŞİD terror qruplaşmasına dəstək verir. Ərdoğan isə vitse prezidentin bu iddiasına sərt […]

1412438474

İŞİD Türkiyəni topa tutdu – Təcili

Suriya ilə sərhəd bölgəsində İŞİD qüvvələrinin atdığı mərmi Türkiyə ərazisinə düşüb. Devrinnebzi.com xəbər verir ki, mərminin partlaması nəticəsində ordu qüvvələrin xüsusi təyinatlılarının komandiri yaralanıb. İŞİD və kürd qüvvələrinin döyüşdüyü Kobanidən atılan mərmidən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.  

1412434268

Kameron söz verdi: İŞİD məhv ediləcək

İngiltərənin Baş naziri İŞİD-in məhv ediləcəyinə söz verib. Devrinnebzi.com xəbər verir ki, Kameron bu sözləri terrorçuların ingilis girovu Alan Henninqi edam etdikdən sonra deyib. Henninqin qatillərinin tapılması üçün bütün qüvvələrin səfərbər olunacağını deyən baş nazir İŞİD-i “Barbar və iyrənc” adlandırıb. Edam görüntülərindən sonra təcili toplanan İngiltərə Müdafiə Nazirliyi və Kəşfiyyat Xidməti qarşısında çıxış edən Kameron […]

1412422922

İŞİD-dən bayram qadağası – Şok

İŞİD Qurban bayramı günü İraqın Diyala vilayətində insanların qəbirstanlığı ziyarət etmələrinə qadağa qoyub.   Devrinnebzi.com xəbər verir ki, nahiyələrin Baş məmuru Zeyd İbrahim açıqlamasında İŞİD-in qəbirstanlıqların ətrafına döyüşçülər yerləşdirdiyini və bununla da insanların qəbir ziyarətinə əngəl olduğunu bildirib.   İŞİD qəbirstanlığı ziyarət edənlərə ağır cəzalar verəcəyi barədə xəbərdarlıq edib.  

63407

Davudoğlu ABŞ-ın vitse-prezidentini sərt tənqid etdi

Türkiyənin baş naziri Əhmət Davudoğlu bayram namazından sonra çıxış edib. Məlumata görə, Davudoğlu öz çıxışında ABŞ-ın vitse-prezidenti Co Baydenə də cavab verib. O, “Baydenin sözlərini qəbul etmək mümkün deyil”, – deyib. “Bir az əvvəl Süleyman Şah türbəsinin komandiri ilə görüşdüm. Onlar da millətimizin bayramını təbrik etdilər. Bütün əsgərlərin səhhətinin yaxşı olduğunu bildirdilər. Millət olaraq yanlarındayıq”, […]

62128

ABŞ İŞİD-in baş kəsmə videosu barədə danışdı

Amerika Birləşmiş Ştatları İŞİD qruplaşması döyüşçüsünün britaniyalı xeyriyyə işçisi Alan Henninqin başını kəsməsinə münasibət bildirib.  ABŞ prezidenti Barak Obamanın anti-terror üzrə müşaviri Liza Monako keçirdiyi mətbuat konfransında britaniyalı əsirin “amansızlıqla” qətlə yetirilməsini pisləyib və bildirib ki, Vaşinqton hazırda bu videonu diqqətlə nəzərdən keçirir. “Bu, İŞİD qruplaşmasının amansızlığının növbəti, açıq-aşkar nümunəsidir. Bu qətl növbəti dəfə prezidentimizin […]

1412406540

59 İŞİD döyüşçüsü öldürüldü

İŞİD-ə qarşı əməliyyatlar davam edir.  Devrinnebzi.com xəbər verir ki, İraq Müdafiə Nazirliyindən verilən açıqlamada Diyala və Kərkükdə İŞİD-ə qarşı aparılan əməliyyatlarda terror qruplaşmasının 15 üzvü yaralanıb.  Həmçinin bəyanatda hava hücümları nəticəsində Bənatəl-Həsən və Şeyx Əmir vilayətləri, o cümlədən 30 kənd İŞİD işğalından azad olunduğu bildirilir. Hücumlar zamanı 59 terrorçu məhv edilib.   Qeyd edək ki, ABŞ-ın beynəlxalq […]

47917

Bayram izdihamında 32 nəfər öldü

Hindistanda yerlilərin qeyd etdiyi Duşera bayramında meydana gələn izdiham ölümlə nəticələnib.  ANS PRESS-in məlumatına görə, hadisə Dehlinin 1 000 km şərqində yerləşən Bihar əyalətinin paytaxtı Patnada baş verib.  İzdihamın, hindu krallarından olan Ravananın şəkillərinin yandırılmasından sonra baş verdiyi bildirilir.  İzdiham nəticəsində 32 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq Patna universiteti tibb fakultəsi […]

1412369546

Kobanidən insanlığı dəhşətə gətirən görüntülər – Foto/18+

İran mətbuatı İŞİD-in Kobanidəki dəhşətli edam görüntülərini yayıb. Devrinnebzi.com-un məlumatına görə, İŞİD Kobanidə barbar addımlar atmaqdadır. Onlar Kobaniyə yaxın yerdə iki kişi, 3 qadının başını kəsiblər. Terrorçular başlarını kəsdiyi insanların şəkillərini yayaraq dünyaya mesaj veriblər. Məlumatda bildirilir ki, başları kəsilənlər peşmərgələrdir.

66840

Peşmərgə İŞİD qarşısında aciz qaldı

Suriyanın Kobani şəhərində uğrunda İŞİD ilə kürd silahlıları uğrunda döyüşlər 100 metr məsafədə aparılır.  Devrinnebzi.com-un məlumatına görə, kürd yaraqlıları verdiyi açıqlamada bildiriblər ki, İŞİD ağır silahlardan şəhəri intensiv atəş altında saxlayır. Şəhərə 3 tərəfdən hücum edən İŞİD-lə Kobaninin cənub və şərq hissəsində şiddətli döyüşlər 100 metr məsafədə aparılır.  Kürd yaraqlılarının bu gün 100-dən çox itki […]

73619

Donetskdə qanlı döyüş gedir

Donetsk aeroportuna hücum edən separatçılar dəstəsi darmadağın edilib, yüzlərlə döyüşçü öldürülüb. Məlumata görə, bu barədə Rusiya forumundan çıxarılmış hesabatlardan birində deyilir.  Məlumatlara görə, Donetsk aeroportuna hücumu zamanı RF döyüşçüləri ağır itkilər verərək geri çəkiliblər. Bir neçə tank isə məhv edilib.  Hesabatda deyilir ki, aeroporta hücum 2 oktyabr tarixində, yerli vaxtla səhər saat 5-də başlayıb. Aeroporta […]

1412329275

ABŞ İŞİD-ə qarşı döyüşdə ilk itkisini verdi

ABŞ Hərbi Hava Qüvvələrinə aid təyyarə Fars Körfəzində qəzaya uğrayıb.  Devrinnebzi.com xəbər verir ki, İŞİD-ə hava zərbələri endirmək üçün Fars körfəzindəki “Makin İsland” təyyarədaşıyan gəmisindən qalxan  “MV-22 Osprey” təyyarəsi bir qədər sonra idarəetməni itirib.   Pilotlar təyyarəni gəminin göyərtəsinə endirməyi bacarsalar da, onlardan biri dənizə düşüb.     ABŞ Hərbi Dəniz Donanmasından verilən məlumatda qeyd olunub […]

1412274253

İsraildən şok: İrana bağlı bu terror təşkilatı Türkiyədə güc alır

İsrail mətbuatı Türkiyə və İran barəsində böyük rezonans doğuracaq məlumat yayıb. Devrinnebzi.com  ”Jerusalem Post”a istinadən xəbər verir ki, yayılan məlumatda İsrail heyətinə də hücum edən “Tövhid-Salam” terror təşkilatının Türkiyədə güc əldə etdiyini iddia edib.   İranla əlaqəli olduğu güman edilən bu terror qrupu ilə bağlı Türkiyədə istintaq işini aparan prokurorun vəzifədən alınması iddia edilən şübhələri […]

1412249409

Putin: “Ukrayna xalqı qardaşdır”

Ukrayna xalqı Rusiya üçün ən yaxın qardaş olub və bundan sonra da olacaq.  Devrinnebzi.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır” İnvestisiya Forumunda çıxışı zamanı deyib.   Onun sözlərinə görə, Rusiya məhz burdan çıxış edərək rəsmi Kiyevlə münasibətləri inkişaf etdirəcək.  

1412245966

İŞİD Türkiyə sərhədinə bayrağını sancdı – Son dəqiqə

Suriyanın Kobani (Eynələrəb) bölgəsində İŞİD terror qruplaşması ilə kürd silahlı birləşmələri arasında yaranan qarşıdurmada terrorçular üstünlüyü ələ alıb. Devrinnebzi.com xəbər verir ki, hücumla Şiftək kəndini ələ keçirən İŞİD qüvvələri Türkiyənin Suruç mahalı ilə sərhəd olan Zorava təpəsində öz bayraqlarını sancıb.   Yerli sakinlərin verdiyi məlumata görə, Kobanini cənub, şərq və qərb istiqamətdən mühasirəyə alan İŞİD qüvvələri bu […]

1412243138

Bu ölkə İŞİD-ə qarşı əməliyyatdan imtina etdi

Danimarka parlamenti ABŞ və koalisiya qüvvələrinin İŞİD-ə qarşı əməliyyatlarına dəstək vermək üçün 7 ədəd F-16 təyyarələrinin göndərilməsi təklifini qəbul etməyib.  Devrinnebzi.com xəbər verir ki, layihənin qəbul olunmamasının əsas səbəbkarı parlamentdəki müxalifət millət vəkillərinin etirazları olub.   Parlamentdəki sağ partiyalar İŞİD tərəfində vuruşan Danimarka vətəndaşlarının vətənə xəyanət maddəsi ilə ittiham olunub-olunmayacaqları ilə bağlı sual ünvanlayıblar. Hökumətin bu sualı […]

1390374734109

Başına 42 milyon qoyulan narkobaron tutuldu – Foto

ABŞ və Meksikanın 42 milyon dollar mükafat vəd etdiyi Ektor Beltran Leyva saxlanılıb.   Devrinnebzi.com xəbər verir ki, məşhur narkobaron Meksikada tutulub.   Ektor Beltran Meksikada ən böyük narkotik kartelinin banisi və lideridir. O, narkotik, kokain və marixuananın satışında, narkotik və silah qaçaqmalçılığında, çirkli pulların yuyulması, adam oğurluğu, insan alveri və bir çox qətllərdə ittiham […]

73536

Futbolçu topla hakimi vurub xəstəxanalıq etdi (VİDEO)

Futbol üzrə Argentina çempionatının dördüncü liqasının “Liners” – “Sentro Espanol” matçında kuryoz hadisə yaşanıb. Məlumata görə, oyun epizodlarından birində qonaqların futbolçusu topla oyunu idarə edən qadın hakimi “nişan” alıb. Zərbənin gücündən hakim yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra Salome di Lorio matçı davam edə bilməyib və xəstəxanaya çatdırılıb. İlkin məlumata görə hakim beyin sirkələnməsi keçirib. Oyunda […]

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev