74276

Erməni banditin başını kəsdilər

Rusiyanın Leninqrad vilayətində erməni bandasının başçısı kriminal avtoritet qətlə yetirilib. Devrinnebzi.com-un məlumata görə, kriminal avtoritetin başı kəsilib. Araşdırmalar zamanı məlum olub ki, avqust ayında küçədə başı bədənindən ayrılmış meyit “Qara” ləqəbilə məşhur olan, mənşəcə erməni Yuri Sergeye məxsusdur. Hüquq-mühafizə orqanları baş vermiş cinayətlə bağlı axtarışlara başlayıb. Axtarışlar nəticəsində cinayətdə şübhəli bilinən bir nəfər saxlanılıb. Onun […]

71350

Bakıda 19 yaşlı oğlan onu aldadan homoseksualı öldürdü (TƏFƏRRÜAT)

Oktyabrın 11-də Xəzər rayonunun Zirə qəsəbəsində baş vermiş qətlin təfərrüatları məlum olub. Xəzər rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, qəsəbə sakini A.M aralarında yaranmış mübahisə zəminində həmyerlisi O.R-i istifadəsiz tikilidə öldürüb. 1995-ci il A.M 50 yaşlı O.Riya 10 bıçaq xəsarəti yetirib. O.R aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. 19 yaşlı A.M qətli törətdikdən sonra polisə […]

1413279391

İki polis əməkdaşı həbs edildi

Bu günlərdə Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis Şöbəsinin iki əməkdaşı həbs edilib.   Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nizami RPŞ post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Nəbiyev Sakin Yaşar oğlu və digər polis serjantı, 1991-ci il təvəllüdlü Kazımov Tural Rasim oğlu barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. […]

1411738249

Ramil Usubov daha bir rəisi işdən qovdu – Səbəb

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla bağlı daha bir məqam üzə çıxıb.   Məlumata görə, istintaqda adı hallanmamasına baxmayaraq, əməkdaşları barədə araşdırma aparılan Abşeron rayon Polis Şöbəsinin Mehdiabad polis bölməsinin rəisi Eldar Qazıbəyov haqqında qərar verilib. Belə ki, Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis bölməsinin rəisi E.Qazıbəyov vəzifəsindən azad edilib. Onun […]

1413269346

Şəmkirdə güclü yanğın: bir nəfər öldü

Şəmkirin Cinarlı qəsəbəsindəki yaşayış evində güclü yanğın baş verib.   Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində baş verib. Hazırda yanğınsöndürənlər 3 yanğınsöndürən avtomobilin köməyi ilə hadisə yerində çalışırlar. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir. Bir azyaşlının yanğın nəticəsində öldüyü bildirilir.  

74268

Rusiyada sevgilisini öldürən azərbaycanlı cəzalandırıldı

Rusiyada sevdiyini iddia etdiyi qızı anasının gözü qarşısında öldürən 19 yaşlı azərbaycanlıya hökm oxunub. Məlumata görə, hadisə mayın 14-də axşam saatlarında Rusiyanın Xanti-Mansiysk şəhərində baş vermişdi.  Məhkəmənin qərarı ilə Maarif Məmmədov 23 yaşlı qızın qətlində ittiham edilir. Gənc azərbaycanlı törətdiyi əmələ görə, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli həbsxanada çəkəcək.  Xatırladaq […]

1413221020

Moskvada bazar yanır: xəsarət alanlar var

Moskva ətrafında avtobazarda güclü yanğın başlayıb.   Ans pressin məlumatına görə, yanğın Odinçov rayonunda Kunçev avtobazarında başlayıb.   Yanğın o qədər güclüdür ki, hadisə yerinə onlarla yanğınsöndürən maşın cəlb olunub. Bundan başqa yanğının söndürülməsinə aviasiyadan dəstək verilir. İki helikopter yanğının söndürülməsində iştirak edir.   Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, bazarın anbar hissəsi yanır. Xəsarət alanlar var. […]

1413183144

Bakıda orta məktəbdə dava: Xəsarət alan var

Bakıda orta məktəb şagirdləri arasında dava düşüb.   Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə  bu gün səhər saatlarında Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə qeydə alınıb.   Həmin məktəbin 11-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü  Babək Vəlican oğlu Cəbrayılov dərs zamanı həmin məktəbin şagirdi tərəfindən döyülüb.   B. Cəbrayılov bədən xəsarətləri […]

1413175156

Zəvvarların avtobusu aşdı: Yaralılar var

Ələt – Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib.   ​ANS-in verdiyi məlumata görə, bu, Azərbaycandan İran İslam respublikasının Məşəd şəhərində gedən zəvvar avtobusu olub. Qəza nəticəsində xeyli zəvvarın yaralandığı bildirilir. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasıma çatdırılıblar.   İlkin ehtimala görə, qəzaya sürücünün yatması səbəb olub.  

1413135920

Tovuzda 20 yaşlı gənci vuran sürücü qaçdı

Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib.   Kəpəz TV xəbər verir ki, yolu keçmək istəyən 20 yaşlı kənd sakini Niyaməddin Eyvazovu naməlum avtomobil vurub və yolun digər tərəfinə ataraq hadisə yerindən uzaqlaşıb.   Kənd sakinləri dərhal zərərçəkəni Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən baş nahiyəsindən güclü zədə alıb.   […]

1413090700

Şəmkirdə ağır qəza: iki avtomobil toqquşdu

Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.  Devrinnebzi.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayonunda (rayon mərkəzindən 14 km aralı) sahibləri məlum olmayan “TOYOTA” markalı minik avtomobili ilə “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində “TOYOTA” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil […]

74156

Məşhur aktyor qəzaya düşdü

Türkiyənin məşhur aktyoru Tamer Karadağlı ağır qəzaya düşüb. Məlumata görə, “Çocuklar duymasın” serialında “Haluk” rolunun ifaçısı İznikdə motosikleti ilə qəza keçirib. Yaralanan Tamer Karadağlı hazırda helikopterlə İstanbula gətirilir.

58523

Bağdadda partlayış: 10 ölü

İraqda kamikadze hücumu nəticəsində 10 nəfər həlak olub. ANS PRESS-in məlumatına görə, Bağdadın şimalında yerləşən Meşahda bazarında həyata keçirilən hücum zamanı 20 nəfər yaralanıb. Həmin bölgə İraq qüvvələri ilə İŞİD terorçu qruplaşmasının arasında döyüşlər aparılan yerdir. Digər bir zorakılıq nəticəsində 4 əsgər həlak olub. Təcili yardım maşınında olan əsgərlər səhvən şiə döyüşçülər tərəfindən öldürülüb.

57801

Ata qızının başını kəsdi

Biləsuvar rayonunda dəhşətli cinayət baş verib. Məlumata görə, Bağbanlar kəndində 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev 1986-cı il təvəllüdlü qızı Aidə Hacıyevanın başını kəsib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Tofəddin Hacıyev qızını öz evlərinin arxasında öldürüb. Deyilənlərə görə, Aidə Hacıyeva bir neçə il əvvəl həyat yoldaşından ayrılıb. Tofiq Hacıyev rayonda yaşayan qızını namus üstündə […]

1413006549

Gəncədə polis əməkdaşı piyadanı vurdu

Bu gecə Gəncə şəhərində Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində yol qəzası qeydə alınıb.   Kəpəztv.az xəbər verir ki, Gəncə sakini Amin Məmmədov idarə etdiyi VAZ 2109 markalı avtomobillə Şah İsmayıl Xətai prospekti ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Zaur Əliyevə məxsus “Mersedes”lə toqquşub.    Nəticədə hər iki avtomobilə xeyli ziyan dəyib. Bundan başqa […]

74005

Bakıda film kimi cinayət

Bilgəh qəsəbəsində bankomat naməlum şəxslər tərəfindnə partladılıb. Bu barədə Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsindən məlumat verilib. Verilən məlumata görə, partladılan Beynəlxalq Banka məxsus bankomat olub. Belə ki, naməlum şəxslər Bilgəh qəsəbəsində marketlərin birinə hücum ediblər. Onlar marketə bitişik olan bankomata partlayıcı maddə qoyara partladıblar. Hələlik hadisəni törədən şəxslərin kimliyi araşdırılır. Faktla bağlı araşdırma […]

1412924373

ŞOK! “Adam içində” verilişinin eksperti öldürüldü – Yeniləndi

11:59   Azərbaycanda “falçı-cadugər Timur” kimi tanınan Timur Nəsirov qətlə yetirilib.   Bu barədə Nəsirovun yaxınları məlumat veriblər. Bildirilir ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub. Daha doğrusu ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib. […]

1412874198

“Karvan” ticarət mərkəzi yanır: 1 ölü, 5 yaralı – Foto/Yeniləndi

22:44Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə aşçıqlama verib.  Devrinnebzi.com APA-ya istinadən bildirir ki, nazir müavininin dediyinə görə, yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib. E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.    FHN xilasediciləri yanğın nəticəsində […]

1412867828

Türkiyə yenidən qarışdı: ölən və yaralananlar var – Son dəqiqə

Türkiyənin Mardin şəhərində ara yenidən qarışıb.   Devrinnebzi.com xəbər verir ki, jandarmaya əl bombası atmağa çalışan qrupa atəş açılıb.   İlk məlumatlara görə, 1 nəfər ölüb, 6-sı yaralanıb.  

73971

Daha bir ana və körpə ölümü

Azərbaycanda daha bir ana və uşaq ölümü baş verib.  APA-nın məlumatına görə, hadisə bu gün günortadan sonra Xaçmaz rayon xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Arzu Rəhim qızı İsmayılova və onun körpəsi doğuş zamanı ölüb. Hazırda dünyasını dəyişən ananın qohumları xəstəxanadadır. Onlar həkimləri məsuliyyətsizlikdə ittiham edirlər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları […]

1412851706

Bakıda məmurun bacısı bıçaqlandı

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdirinin bacısı həyat yoldaşı tərəfindən bıçaqlanıb.   Bu barədə bıçaqlanan şəxsin yaxın qohumları məlumat veriblər.  Belə ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın bacısı Təzəgül Möhsümova vətəndaş nikahında olduğu Xanlar adlı şəxs tərəfindən bıçaqlanıb. Mənbə qeyd edir ki, […]

73623

Qardaşlar güllələndi

Biləsuvarda silahlı insident olub.  Devrinnebzi.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Kənd sakinləri Adış Novruzov və onun qardaşı Bayram odlu silahdan açılmış atəşdən aldıqları güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Hadisəni münaqişə zəminində törədən kənd sakini Fərhad İsmayılov könüllü olaraq polisə gələrək təslim olub. O, hadisəni törədərkən […]

68398

Azərbaycanda oğlan qaçırdığı qızı boğub öldürdü

Ağcabədi rayonunda tapılan qızın meyiti ilə bağlı maraqlı məlumat əldə olunub.  Devrinnebzi.com “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, qızın meyiti bu gün səhər rayonun Cəfərbəyli kəndi ərazisindən keçən kanalın kənarında tapılıb. Əldə etdiyimiz məlumata görə, hələlik adını dəqiqləşdirə bilmədiyimiz qız Gəncə sakini olub. Qızın özünün razılığı ilə tanıdığı oğlan (onun da adı hələlik məlum deyil) qaçırıb. […]

73863

Bakıda qadın hamamda öldü

Bakıda qadın faciəvi şəkildə ölüb. Devrinnebzi.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Belə ki, Kürdəmir rayon sakini Leylaxanım Vüqarqızı Yasamal rayonu ərazisində kirayədə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun meyidi hamamda tapılıb. Faktla bağlı araşdırma aparılır.

73853

Bakıda ər arvadını öldürdü

Bakıda ər arvadını öldürüb.  Nəsimi rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Rabil Qabil oğlu Abbasov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səadət Əlikram qızı Bağırovanı bıçaqlayıb. Ağır halda xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Arvadını qətlə yetirən Rabil Abbasov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

1412744751

Gəncə və Goranboyda yol qəzası: 5 yaralı

Gəncədə və Goranboyda ağır yol nəqliyyat hadisələri baş verib. Qəzalar nəticəsində 2-si ağır olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.   Kepez TV-nin məlumatına görə, Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər sakini, 60 yaşlı Fəxrəddin Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Şəddadilər küçəsində yolu keçmək istəyən piyada, 10 yaşlı Gülnur Əsgərovanı vurub. Yaralı […]

1412686786

Hacıqabulda ağır qəza: ölən və yaralananlar var

Bakı-Qazax yolunun 144-cü kilometrliyində ağır yol qəzası baş verib.   APA-nın məlumatına görə, Hacıqabulun Qarasu kəndi ərazisində Ağstafa sakini Tural Əmrahovun idarə etdiyi 90-HA-646 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “VAZ 2106”da olanlardan iki nəfər ölüb, ikisi ağır yaralanıb. Xəsarət alan sərnişinlər Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya […]

73796

Pendirdən mobil telefonlar çıxdı (FOTO)

Azərbaycanda ana məhbus oğluna holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd mobil telefon aparatı öturmək istəyib. Məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, məhkum Əli Ərrəhman oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası Səadət Arif qızı İsmayılovanın görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatda olan […]

73792

Dabanı tərsinə çevrilmiş ofisiant qadın… (FOTO)

Çinli qadın Vonq Fanq anadangəlmə tərsinə çevrilmiş dabanlarla doğulub.  Məlumata görə, fiziki qüsuruna baxmayaraq qadın restoranda ofisiant işləyir və hamı kimi normal həyat sürür. Qadının hətta bir oğlu da var. Onun sözlərinə görə, bir çoxlarından sürətli yeriyir və özünü heç də əlil kimi hiss etmir. Onu başqa insanlardan fərqləndirən tək cəhət isə ayaqqabılarını tərsinə geyinməsidir. […]

teleqraf.com14126669671408030517_1914_570169555

Tovuz sakini Ermənistanla sərhəddə minaya düşdü

Tovuzda mal-qarasını axtaran Əsrik-Cırdaxan kənd sakini, 59 yaşlı Bayram Süleymanov minaya düşüb.Devrinnebzi.com Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saatlarında iribuynuzlu heyvanlarının həyətə gəlmədiyini görən kənd sakini Ermənistanla sərhəd əraziyə keçib və nəticədə minalanmış ərazidə güclü partlayış baş verib. Hadisə zamanı sağ ayağını itirən Bayram Süleymanovu hərbçilər Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. 

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev