83879e1bb0250440a331b2467d75be8a

Özünü asan gənci atası xilas etdi

Qusar rayonunda bədbəxt hadisə baş verib. Devrinnebzi.com-un DİN-ə istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 5-də rayonun Qusarçay kəndində qeydə alınıb. Xaçmaz rayon sakini Zahid Babayev özünü asıb, lakin yaxınlıqda olan atası Füzuli Babayev tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

sWOSqN48iYTN

Cahangir Hacıyevə qarşı 120 milyonluq – Rəsmi ittiham

Dünən barəsində həbs qətimkan tədbiri seçilən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev barəsində bəzi yeni məlumatlar bəlli olub. Məlumata görə, C.Hacıyevə baş prokurorluq tərəfindən verilən ilkin ittihamda onun Beynəlxalq Bankdan 120 milyon manat pulu mənimsədiyi bildirilir. Bu məbləğ ilkin araşdırma zamanı aşkarlanan rəqəmdir, istintaqın gedişi zamanı mənimsəmə məbləğinin yüksələcəyi də istisna deyil. Bundan başqa, sabiq […]

12333820_608918602581781_1081222968_o

`Yalvardım ki, qolumu kəsməyin…` – Vəhabilərin çoxaldığı rayondan Reportaj

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Zaqatala rayonunda dəhşətli cinayət hadisəsi baş verib. 26 yaşlı Bəşirov Vüsal Vahid oğlunun müəmmalı şəkildə qolları kəsilib. Hadisə ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb. İddia edilib ki, V.Bəşirovun qollarını borc üstündə onun həmyerliləri kəsib. Maraq doğuran digər bir məlumat isə odur ki, 26 yaşlı oğlanın qollarını balta ilə […]

kral (1)

Kral Səlman zəhərləndi – Dövlət çevrilişi …

Səudiyyə Ərəbistanının 76 yaşlı kralı Səlman Bin Əbdüləziz zəhərlənərək sui-qəsdə uğrayıb. Bu haqda İsrail kəşfiyyat qaynaqlarına yaxınlığıyla tanınan “Debkafile” xəbər agentliyi məlumat yayıb. Kral Səlman Riyadda bir xəstəxanada müalicəyə alınıb “Debkafil” bu hadisəni dövlət çevrilişi kimi qiymətləndirib.

1410511066

Poroşenko: “Krım bizim olacaq”

Ukrayna Prezidentin Pyotr Poroşenko Kiyevin Krımı hərbi yolla deyil, iqtisadi yolla qaytaracağını deyib.   Devrinnebzi.com xəbər verir ki, Poroşenko bunu Kiyevdə keçirilən “Yalta Avropa strategiyası” görüşündə deyib.   “Krım yenə bizim olacaq. Həm də qeyri-hərbi yolla. Mən əminnəm ki, biz krımlıların ağlının və əhval ruhiyyəsinin üzərində iqtisadi, demokratik, liberal qələbə çalacağıq. Çünki biz effektli, korrupsiyasız, […]

teleqraf.com1409232836erdoqan

And içmə mərasimində – QALMAQAL- VİDEO

Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün keçirilən andiçmə mərasimi qalmaqalsız ötüşməyib.   Devrinnebzi.com modern.az-a xarici KİV-ə istinadən bildirir ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının deputatları inauqurasiyanın keçirildiyi Türkiyə Böyük Millət Məclisinin zalında yumruqları ilə stolların üstünə vuraraq etirazlarını bildiriblər. Parlamentin sədri Cəmil Çiçək müxalifəti dövlətin və parlamentin ənənələrinə hörmət etməyə çağırıb. Bundan sonra […]

publika.az140848129215504

Müsavatda başqanlıq üstündə əlbəyaxa dava

Avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası keçirilib. Partiya daxilindən “Bizim Yol”a verilən məlumata görə, iclas əvvəldən sona qədər qalmaqalla keçib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu “Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?” deyə ittiham edib. Q.İbadoğlu isə […]

1407698879

Putin Qafqazdan Baltikə qədər müharibəyə hazırlaşır

Putin rusları böyük müharibəyə hazırlayır.  Devrinnebzi.com  xəbər verir ki, bu iddia ilə Moldova mətbuatı çıxış edib. Mətbuat Rusiyanın region üçün böyük təhlükə olduğunu bildirib: “Moskva Şərqi Avropaya təsirini gücləndirməkdə maraqlıdır. Ukrayna ilə yanaşı, hədəfdə Moldova da var. Həmçinin, Kişnyovu bu işdə Rumıniya müdafiə edə bilər. Putin həm də Baltikyanı ölkələrlə pis münasibətdir. Moskvanın hədəfləri sırasında […]

1408366112

ABŞ Azərbaycana hərbi texnika satmaqdan imtina etdi

Azərbaycanın bir müddət əvvəl ABŞ-ın Əfqanıstandan çıxardığı “Cougar” və HMMWV (Yüksək Hərəkət Qabiliyyətli Çoxtəyinatlı Nəqliyyat Vasitəsi) hərbi nəqliyyat vasitələrinin alınması ilə bağlı müraciətinə ABŞ tərəfindən mənfi cavab verilib. Adıçəkilən nəqliyyat vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılan sülhməramlı briqadasının inventarına daxil ediləcəyi gözlənilsə də, ABŞ tərəfi bu maşınları Azərbaycana satmaqdan imtina edib. Qarşı tərəf bu addımı münaqişəli […]

58750

Sabah 3 ölkənin müdafiə naziri Naxçıvanda görüşəcək

baycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri sabah Naxçıvanda bir araya gəlir. Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlərin müzakirə ediləcəyi görüş barədə məlumatlar bu formatdan kənarda qalan Ermənistanda təşvişə səbəb olub. Əslində, hər üç ölkəyə qarşı ərazi iddiası olan Ermənistanın bu narahatlığı başa düşüləndir. ANS TV-nin məlumatına görə, sabah Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə […]

1408286670

NATO generalı: “Rus diversantlarının fəaliyyətinə hazırlaşırıq”

Biz Rusiyanın Ukrayna variantının Şərqi Avropa ölkələrindən hansında istifadə edilə biləcəyini araşdırırıq.  Devrinnebzi.com xəbər verir ki, bu açıqlama ilə NATO Silahlı Qüvvələrinin Avropadakı komandanı Flipp Bridlav çıxış edib. O, Rusiyanın yeni tip müharibə apardığını bildirib. General məhz buna görə NATO-nun rus diversantlarının istənilən addımına hazırlaşmalı olduqlarını bildirib.  

nato-RASMUSSEN640.hmedium-300x173

NATO-dan Rusiyaya sonuncu xəbərdarlıq

Rasmussen Rusiyanı hədələdi, Ukrayna AB və NATO-dan hərbi kömək istədi Vəfa Quluzadə: «Putin Rusiyanı sovet dövründəki kimi NATO ilə silah yarışına sürükləyir» Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyalara NATO da qoşulur. NATO-nun Baş katibi Anders Foq Rasmussen növbəti dəfə Rusiyanı hədələyib. O, Rusiyadan öz əsgərlərini Ukrayna sərhədindən çəkməyi tələb edib. Rusiya qarşısında sərt tələb qoyan […]

1399137181

ABŞ xəfiyyəsindən şok: “İŞİD planın tərkib hissəsidir” – Foto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, hazırda Rusiyada siyasi sığınacaqda olan Edvard Snouder maraqlı bir iddia ilə yenidən gündəmə gəlib.  Devrinnebzi.com  xəbər verir ki, keçmiş kəşfiyyatçı İŞİD terror təşkilatının İsrailin təhlükəsizliyini təmin etmək üçün Amerika, İngiltərə və İsrail kəşfiyyatıyla birgə çalışdığını irəli sürüb. Keçmiş ABŞ agentinin sözlərinə görə, İŞİD bölgədə İsrailin təhlükəsizliyini təmin edir və […]

1408078351 (1)

Bu şəkil Ərdoğanın xoşuna gəlməyəcək – Foto

Türkiyə Prezidenti Abdullah Gül əfsanəvi futbolçu Süleyman Səbanın vida mərasimində Hakan Şükür ilə qucaqlaşıb.   Devrinnebzi.com xəbər verir ki, mərasimdə Güldən başqa Baş nazirin köməkçisi Bülənt Arinc da Hakan Şükürlə əl sıxıb.   Xatırladaq ki, Hakan Şükür dəfələrlə televiziya verilişlərində, verdiyi açıqlamalarda Ərdoğanın apardığı siyasəti sərt tənqid edib.

img1618385

Əliyev Sərkisyanın üzünə “faşist” deyib

Əli Həsənov Soçi görüşünün şok detallarını açıqladı; Prezidentlərin Putinin yanındakı görüşündə sensasion məqamlar və söz dueli yaşanıb; Ermənilərin prezidentinin Soçidəki görüşə dair açıqlamalar verməsi Azərbaycan iqtidarını hərəkətə keçirdi; “Sarkisyan bizi vadar edir…” Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibə verib. PA şöbə müdirinin sensasion məqamlarla dolan müsahibəsində üç prezidentin Soçidəki görüşünə dair […]

60175_res_01

Ermənistan “Yeni SSRİ”-yə qəbul olundu n

Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedev Avrasiya İqtisadi Birliyinə Ermənistanın birləşməsi haqqında müqavilənin imzalanması haqqında qətnaməni Rusiya prezidenti Vladimir Putinə imzaladıb. Məlumata görə, bu haqda Rusiya Federasiyası hökumətinin rəsmi saytında bildirilir. Müqavilə – birləşmə şərtləri haqqında Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın razılıqlarını müəyyən edən baza sənədidir. Müqavilə qaydaları Rusiya qanunvericiliyi ilə nəzərdə tutulanlardan əlavə gömrük […]

1406411073vefa

“Biz dəhşətli təhlükə ilə üz-üzəyik”

“Soçi görüşü bitməyib, hələ bunun davamı olacaq”. Bu fikri Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O bildirib ki, Putinin əsas məqsədi Qafqazda müharibə başlatmaqdır: “Putin bu dəqiqə çıxılmaz vəziyyətdədir. O, Ukraynada məğlubiyyətlə üzbəüzdür. Buna görə də Rusiya Qafqazda genişmiqyaslı müharibə başlatmaq istəyir. Bununla Putin istəyir ki, Qərbin bütün diqqətini Cənubi Qafqazın üzərinə salsın. Nəticədə isə […]

1407770881

İŞİD lideri İraqdan qaçdı

IŞİD lideri Əbubəkr əl-Bağdadi İraqdan qaçıb. Trrorçu qruplaşmanın lideri 250 zirehli avtomobil karvanı ilə Mosuldan Suriyaya yola çıxıb. Qeyd edək ki, bu ilin iyun ayında Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirən və son bir ayda kürdlərə qarşı hücumlara başlayan İŞİD beynəlxalq ictimaiyyətin hədəfinə çevrilib. 

1408011658

Putin: “Artıq qərar verilib”

Rusiya Prezidenti Vladimir Putin Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı qərarından vaz keçməyəcəyini bildirib.  Xəbər verilir ki, Putin geri qayıdışın mümkün olmadığını, Krımın artıq Rusiya torpağı sayıldığını deyib. Bu barədə Krım səfəri zamanı açıqlama verən Rusiya lideri yarımadanın ilhaq olunmadığını da nəzərə çatdırıb: “Krım ilhaq olunmayıb. Bu xalqın seçimidir. Krım tarixi rus torpaqlarının tərkib hissəsidir. Bizi […]

BE8412BD-0F84-4DC3-94CE-9DA5DFB55412_w640_r1_s_cx0_cy21_cw0

Amnesty İnternational Leyla və Arif Yunusun səhhətindən narahatdır

Amnesty İnternational təşkilatı Leyla və Arif Yunusların səhhətindən narahatdır. Təşkilatın bəyanatında deyilir ki, Azərbaycan hakimiyyəti şəkər xəstəliyi və böyrək çatışmazlığından əziyyət çəkən Leyla Yunusa tibbi yardım göstərməkdən və ya dərman verməkdən imtina edir. “Leyla Yunus ağrılardan və zəiflikdən şikayətlənir, ancaq Kürdəxanı təcridxanasının rəhbərliyi onu xəstəxanaya köçürmür. Leyla Yunus tibbi yardım göstərilməsini tələb edir”, bəyanatda deyilir.

1407948880

Ruslarla ermənilər hərbi təlimə hazırlaşır

Rusiya hərbi bazasının cənub hərbi dairəsinin və Ermənistan Silahlı qüvvələrinin hərbçiləri birgə taktiki təlim keçirəcək.  Təlimin Ermənistanda yerləşən “Alağöz” tədris təlim kompleksində keciriləcəyi bildirilir. Rusiyanın cənub hərbi dairəsinin mətbuat xidmətinin verdiyi məlumata görə təlim bir neçə etaplarda baş tutacaq. İlk öncə döyüş atışı dərsi keçiriləcək. Bu mərhələdə 1000-dən çox hərbi qulluqçu və 300 xüsusi hərbi […]

1407945335

Rusiya Ukraynadan araq, pivə almağı dayandırır

Rusiya Ukraynadan bəzi spirtli içkiləri almağı dayandırır. Avqustun 13-də Rospotrebnadzor bildirtib ki, Ukraynada istehsal olunan araq, pivə, pivə ilə əlaqədar içkilər avqustun 15-dən Rusiyaya buraxılmaycaq. Səbəb kimi dəfələrlə təkrar olunan qanun pozuntuları göstərilir. Rusiya bundan əvvəl Ukraynadan gündəlik malların alınmasını dayandırmışdı. Rusiya eyni vaxtda ona qarşı sanskiyalar qoyan Qərb ölkələrindən ərzaq alınmasına 1 illik emabarqo […]

1407944392

İŞİD-in bütün düşmənləri bir araya gəldi

İraq sünniləri əl-Bağdadiyə qarşı vuruşacaq; bin Ladenin Xilafətlə bağlı xəbərdarlığı ortaya çıxdı. “The Washington Post” qəzeti yazır ki, Əbu Bəkr Əl-Bağdadi “İraq və Şam İslam Dövləti”ni (İŞİD) elan edərkən “əl-Qaidə” lideri olmuş Usama bin Ladenin xəbərdarlığına məhəl qoymayıb. Belə ki, terror kralı illər öncə yazmışdı ki, Xilafəti tələsik elan etmək olmaz. Bu işi ehtiyatla görmək […]

62848

Müharibə başlayır?

“ABŞ müharibənin yenidən başlandığını bildirməyə tələsir. Onların reaksiyası göstərir ki, müharibə məhz ABŞ-a sərf edir, ancaq İran və Rusiya bunu istəmir”. Məlumata görə, bu barədə politoloq Sergey Şakaryants bu gün keçirdiyi mətbuat konfransında deyib. 

1407922963

NATO Ukraynaya qoşun yeritdi – Özəl/Foto

Rusiyanın Ukraynanın şərqinə humanitar yardım göndərmək cəhdi NATO-nu hərəkətə gətirib. Bu barədə  adının çəkilməsini istəməyən ekspert məlumat verib. Məlumatda NATO-ya məxsus hərbi karvanın Ukraynaya hərəkət etdiyi bildirilib. Karvanın Rusiyanın törədəcəyi hər hansı təxribat zamanı hadisələrə birbaşa müdaxilə etmək üçün hazırlıq gördüyü söylənilib. Polşanın nəzarəti tam təmin etməsi üçün fövqəladə proqramdan istifadə etdiyi vurğulanılıb. Qoşunların Brest istiqamətində […]

70663

Prezidentlərin Soçi görüşü: (TAM VİDEO)

Xəbər verdiyimiz kimi, bazar günü Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar olub. Məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatdığını və onun Rusiyanın köməyilə tez bir zamanda həll edilməsini hesab edir. 3 tərəfli görüşdə bu bəyanatla çıxış edən […]

1402605796

Şok: Rusiyanın 45 min əsgəri və 160 tankı Ukrayna sərhədində

Rusiya Federasiyası hərbi gücünü Ukrayna sərhəddinə cəmləşdriməkdədir. Devrinnebzi.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Xəbərdə deyilir ki, Rusiyanın 45 min əsgəri, 160 tankı və 150 “Qrad”I Ukrayna sərhədə toplanıb. Bundan əlavə, Kreml Ukraynanı həmçinin 192 döyüş təyyarəsi və 137 helikopterlə hədəfə alıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin informasiya şöbəsinin rəhbəri Andrey Lısenko […]

1407746303

Putin Sərkisyanı məzuniyyətə göndərdi

Ermənistan prezidenti Serj Sərkisyan bu gün qısamüddətli məzuniyyətə gedib.   Devrinnebzi.com tert.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibinin yaydığı məlumatda məzuniyyətin ölkə xaricində keçiriləcəyi qeyd olunur.   Xatırladaq ki, Ermənistan prezidenti Soçi görüşünə qədər Azərbaycanın təmas xəttində aktivləşdiyini bəyan edərək, birmənalı şəkildə Qarabağ problemnin sülhlə həll edilə biləcəyini dilə gətirirdi. Prezidentlərin […]

11401

Vəfa Quluzadə“Soçi görüşü Qarabağ üçün deyildi”

Sabiq dövlət müşaviri Vəfa Quluzadə Azərbaycan və Ermənistan prezidentlərinin Soçiyə dəvət olunmasının səbəbi barədə şok açıqlama verib     Açıqlamasında V. Quluzadə bildirib ki, Soçi görüşünün əsl səbəbi Rusiyanın Azərbaycandan iqtisadi, ticarət və maliyyə güzəştləri qopartması olub. “Rusiya müharibədə maraqlı deyil.

1407725313

Ərdoğanla işləməyi səbirsizliklə gözləyirik

Ağ Ev ABŞ prezidenti Barak Obamanın Türkiyə Baş naziri R.T.Ərdoğan ilə yeni vəzifəsində işləməyi səbirsizliklə gözlədiyini bildirib. Devrinnebzi.com xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik sözçüsü Keytlin Hayden Türkiyədəki prezident seçkisi nəticələrini bildiklərini qeyd edib. ABŞ prezidenti B.Obamanın Baş nazir Ərdoğanla bu yeni vəzifəsində işləməyi səbirsizliklə gözlədiyini ifadə edən Hayden Obamanın eynilə Ərdoğanın yerinə keçəcək Baş […]

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2017 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev